İlin ilk "Poz-Qazan" oyunu – 200 000 manat böyük uduşlu "Şans Yağışı" satışda!
Daim yenilənən oyunları ilə şans oyunu həvəskarlarını sevindirən "Azərlotereya" ASC 2023-cü ildə ilk "Poz-Qazan" oyunu "Şans Yağışı" ani lotereyasını satışa çıxarıb.
Uduş fondu 34 milyon manat olan "Şans Yağışı" lotereya biletində 200 000 manat böyük uduş və milyonlarla digər müxtəlif məbləğli pul uduşları şanslı qaliblərini gözləyir.
Oyun qaydalarına gəlincə, lotereya biletinin üzərindəki "üstüörtülü" xanaların qoruyucu səthlərini pozduqdan sonra "UDUŞLU RƏQƏMLƏR" lövhəsində əks olunan rəqəm "RƏQƏMLƏRİNİZ" lövhəsindəki rəqəmlərdən hər hansı biri ilə uyğun gələrsə, bilet uyğun rəqəmin altındakı məbləği qazanır. Eyni hal bir neçə yerdə təkrarlanarsa, uduşlar cəmlənir. "10X" simvolu aşkarlandıqda uduş məbləği 10 qat artır, "pul dəstəsi" simvolu isə 50 (əlli) manat qazandırır.
Eyni zamanda, bilet üzərindəki "BONUS" xanalarında müvafiq olaraq 100, 200 və 500 manat bonus qazanmaq şansı təqdim olunur.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin hazırda satışda olan "Poz-Qazan" biletləri - "10X", "5X", "Zümrüd", "Göz Muncuğu", "Ani 50", "Şans Ulduzu", "Qızıl" və "Tap, Qazan"da müvafiq olaraq 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduş qazanmaq şansı var.
Ani lotereya biletlərini lotereya satış nöqtələri, "Misli" məntəqələri, "Azərpoçt" şöbələri, eləcə də "Nizami", "Xalqlar Dostluğu", "Elmlər Akademiyası" və "İnşaatçılar" metrostansiyalarından və "Araz" supermarketlərindəki satış yerlərindən əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1618 Tarix: 06 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr