SOCAR "Azəriqaz" İB elektron xidmətlər portalı vasitəsilə abonentlərə 8 addım daha yaxın olacaq
SOCAR "Azəriqaz" İB-nin media nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi "Açıq qapı" aksiyası baş tutub. İlin ilk aksiyasında Birliyin həyata keçirdiyi yenilikdən - elektron xidmətlər portalı haqqında məlumat verilib.
Qurumun Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə yeni yaradılan portal vasitəsilə abonentlərin evdən çıxmadan azeriqaz.az saytında 8 xidmətdən yararlanaraq qaz təchizatında üzləşdikləri bəzi məsələlərin həllinə nail olacaqlarını bildirib. Şöbə rəisi elektron xidmətlər vasitəsilə ərizələrin qəbulu, sənədlərin yüklənməsi və son mərhələ sayılan müqavilələrin imzalanması kimi proseslərin həyata keçirilə biləcəyini də qeyd edib. Elektron xidmətlər haqqında daha ətraflı məlumatı isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi İdrak Həsənzadə media nümayəndələri və tədbir iştirakçılarına təqdim edib.
Yeniliyin təqdimatından sonra Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev hər ilin əvvəlində aktuallığa çevrilən limitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üçmərhələli limitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablama zamanı səhvlərə yol verdiyini vurğulayıb.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 957 Tarix: 06 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr