BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

BDYPİ verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edib.

Qeyd edilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda maşınla vurulan gənc qız öldü

Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Ordubad rayon sakini Gülsüm Quliyeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktl

2 mart
.

Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. "Report"a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərar

3 mart
.

Azərbaycanda bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. -a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmı

2 mart
.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan "Namiq Dəlidağlı - Sözdə görünən adam" kitabının təqdimat

3 mart
.

8 Mart ölkəmizdə sevilən bayram kimi qeyd olunur

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəxalq Qadınlar Günü sevilən bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir. Çünki ölkəmizin qadınları buna layiqdirlər. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq olmaqla ana dilimizin, mədəniyyətimizi

2 mart
.

Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir

Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Günü bu tarixi günün önəmini bir daha xatırladır, qadınlara dəyərin bariz nümunəsi kimi vurğulanır. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətind

2 mart
.

İranın yeni müdafiə naziri o oldu

General Məcid ibn əl-Rza İranın yeni müdafiə naziri təyin edilib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb. Xatırladaq ki, ölkənin müdafiə naziri Əmir Nasirzadə İsrailin fevralın 28-də həyata keçirdiyi hərbi əməliyyatla

2 mart
.

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir

Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağın

3 mart
.

Aşıq Əhliman sağalır: Səhnəyə nə vaxt qayıdacaq? (AÇIQLAMA)

"Aşıq Əhlimanın səhhətində irəliləyiş var". Bu barədə Qaynarinfo-ya aşığın həyat yoldaşı Aybəniz Rəhimova bildirib. O qeyd edib ki, Əhliman Rəhimovun nitqi bərpa olunub:. "Müalicəsi başa çatıb. Amma elə dərmanlar var ki, onları il boyu qəbul etmək lazımdır. Hazırda yalnız həmin dərmanlar

2 mart