Ramiz Mehdiyevin general oğlu yola salınır?

Ramiz Mehdiyevin general oğlu yola salınır?Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefaya göndərilməsi onun ailə üzvlərinin və yaxın qohumlarının "vurulması" ilə müşayiət olundu.

Əvvəlcə V.Talıbovun akademik fəaliyyətlə məşğul olan oğlu Seymur Talıbov cəzalandırıldı. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan oğul Talıbov könüllü şəkildə postundan imtina etmək məcburiyyətində qaldı. Xatırladaq ki, S.Talıbovun ardınca onun əmisi - Naxçıvan prokurorunun müavini işləyən Məhərrəm Talıbov öz ərizəsi ilə sərəncama göndərildi. Dəyişiklik rüzgarı Talıbovların ən parlaq nümayəndələrindən olan Rza Talıbovdan da yan keçmədi.

Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan general Talıbovun uzunmüddətli məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlər artıq öz təsdiqini tapıb.

Qeyd edək ki, Azərbaycanda ataların cəzasını oğulların çəkməsi ilə bağlı çoxillik tendensiya mövcuddur. Hazırda məhbus həyatı yaşayan keçmiş icra başçılarının və işdən qovulmuş digər yüksək rütbəli keçmiş məmurların timsalında biz bunun şahidi olmuşuq.

Heç kimə sirr deyil ki, bu tendensiyanın əsasını Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev qoyub. O, vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb.

Maraqlıdır, bəs Ramiz Mehdiyevin gənc yaşlarında general rütbəsinə sahiblənmiş oğlu Teymur Mehdiyev necə vəzifəsini qoruya bilir?

Niyə atasının əsasını qoyduğu bu "ənənə" 38 yaşında general olmuş və hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğul Mehdiyevə şamil olunmur?

"Yeni Sabah" xəbər verir ki, dünyanın hər yerində mənfi hal kimi qiymətləndirilən bu tendensiyadan Teymur Mehdiyev də öz "nəsibi"ni almaq üzrədir. Məlumatlı şəxsin sayta bildirdiyinə görə, oğul Mehdiyev yaxın vaxtlarda tutduğu postla vidalaşmalı olacaq. Mənbə Teymur Mehdiyevin atasının "vurulmasından" sonra vəzifəsini qoruya bilməsini FHN başçısı Kəmaləddin Heydərovla bağlı siyasi qərarın gecikməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində köklü kadr dəyişiklikləri baş verəcək. Nazir K.Heydərov, müavinləri və qurumda yüksək vəzifə tutan digər rütbəli şəxslər kollektiv şəkildə istefaya göndəriləcək.

"Biz bu prosesi Dövlət Gömrük Komitəsinin simasında müşahidə etdik. Səfər Mehdiyev işdən çıxarılandan sonra əvvəlcə onun müavinləri, sonra isə DGK-da yüksək vəzifə tutan digər şəxslər istefaya göndərildi. Eyni halın FHN-in timsalında yenidən təkrarlanacağı şübhə doğurmur", - deyə mənbə fikrini tamamlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2191   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr