Bakıda tanınmış şirkətin rəhbəri və işçiləri həbs edildi
"Zamin Əmlak Agentliyi"nin direktoru və əməkdaşları həbs edilib.
AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar ümumilikdə 78 nəfərin 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər. Belə ki, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Xətai rayonunda fəaliyyət göstərən "Zamin Əmlak Agentliyi"nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə şəxsi qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət İşi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir. Onlarn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva