Könül Xasıyeva jurnalisti məhkəməyə verdi, 40 min manat tələb edir
Xalq artisti Könül Xasıyeva jurnalist Pərviz Hüseyni Nərimanov Rayon Məhkəməsinə verib.
Sonxeber.az xəbər verir ki, bu barədə media nümayəndəsi özü məlumat yayıb.
"Ötən gün növbəti proses baş tutdu. Könül xanım iclasa vəkili ilə gəlmişdi. 40 min manat pul, 6 ay həbs, üzr və təkzibə birini də əlavə edərək sosial şəbəkələrdə üzr videosu tələbini irəli sürdü.
Bundan başqa, proses zamanı məhkəmə tərkibinin yanında təhqiramiz ifadələrlə birgə "Səni əllərimlə boğaram" sözlərini işlətdi.
Video və səs yazısı şəklində faktlar olduğu üçün tərəfimə işlədilən ifadələr vəkilim Babək Həmidov tərəfindən aktlaşdırıldı. Mən də Könül Xasıyevanı məhkəməyə verəcəyəm.
Məhkəmə işə baxılmasını aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərdi. Proses bundan sonra orada davam edəcək".
Qeyd edək ki, K.Xasıyeva P. Hüseyni məhkəməyə verməsinə səbəb jurnalistin onun haqda yazdığı tənqidi statusdur:
"Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4167 Tarix: 07 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr