Bu halda məktəb bağlanmalıdır - İnfeksionist
Son bir ayda ölkə ərazisində qrip və COVİD-19 virusu aktivləşməyə başlayıb. Risk qrupuna daxil olan şəxslər üçün bu vəziyyət təhlükəli xarakter daşıyır.
Bu sözləri Axar.az-a açıqlamasında infeksionist Mərdan Əliyev son günlər ölkəmizdə yayılan qripəbənzər virusla bağlı danışan deyib.
O bildirib ki, yeni virus koronavirus qədər təhlükəli olmasa da, insanlar özlərini bu xəstəlikdən gözləməlidir:
"Dekabr ayından ölkəmizdə qripə bənzəyən xəstəlik yayılıb. Bu virus, əsasən, yuxarı tənəffüs orqanlarına təsir göstərir. Virusa yoluxan şəxslərdə ilk olaraq boğaz ağrısı başlayır və şiddətlənir, daha sonra burun axması, tutulması baş verir. Bundan başqa, xəstələrdə halsızlıq, qızdırma, oynaq ağrıları da müşahidə olunur. Xəstəliyin əlamətlərinin COVİD-19 virusu ilə oxşarlıq təşkil etməsinə baxmayaraq, analizlərdə koronavirus testinin nəticəsi neqativ göstərir. Həmin virusla bərabər COVİD-19 da yenidən aktivləşib. Lakin qrip virusuna yoluxma halları üstünlük təşkil edir. Sağlam insanlar üçün təhlükə ehtimalı olmasa da, risk qrupuna daxil olan şəxslər bu xəstəlikdən özlərini gözləməlidirlər. Yaşı 65-dən yuxarı olan, xroniki xəstəlikdən əziyyət çəkən insanlar, onkoloji xəstələr, qaraciyər sirrozu və revmatoid artriti olan şəxslər də bu virusa yoluxan zaman xəstəlik müddətini daha ağır keçirir".
Həkimin sözlərinə görə, virus yayılan məktəblərdə lokal qapanmalara getmək əsas məsələdir:
"Hər hansı məktəb, yaxud sinifdə yoluxma halları müşahidə edilərsə, virusun yayılmasının qarşısını almaq üçün lokal qapanma və qorunma tədbirlərini həyata keçirmək lazımdır. Belə hallarda tədrisi onlayn formada davam etdirmək daha yaxşıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2574 Tarix: 08 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr