Vitalinin "vurulması": Xankəndidə qarşıdurma kəskinləşir
Vitali Balasanyanı müharibədən sonra separatçıların qondarma "təhlükəsizlik katibi" postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrin nəzarəti ona verilmişdi. Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi.
Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın "vurulması" bu kontekstdə maraqlıdır: ruslar "hərbi gücü" "siyasi güc"lə əvəz edirlər;
Vardanyanla Balasanyan arasında qarşıdurmanın olduğuna dair məlumatlar var idi. Son dövrlər Balasanyanın Azərbaycanla "əlaqələr"də ittiham olunması da bu qarşıdurmadan qaynaqlanırdı. Və ilk versiyada belə görünür ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanın bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir.
İstisna deyil ki, artıq "istifadəyə yararsız" olan Balasanyanın göndərilməsi Rusiyanın Vardanyanın yolunun tam açmasıdır. Lakin Rubenin getdiyi adresin separatçı rejimin "başçısı" postu olduğu şübhə doğurur, xüsusilə rusların bölgədə mövcudluğu məsələsi sual altında olması baxımından.
Hələ az ehtimal kimi görünsə də, Vardanyanın əsas hədəfinin separatçı rejimi ələ keçirməkdən daha çox, Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyanı "taxtdan" endirmək olduğu istisna deyil. Aydındır ki, belə bir mümkün ssenari Rusiya tərəfindən hazırlanıb və Vardanyan "arsax döyüşçüsü" kimi Ermənistan siyasətinə atıla bilər. O baxımdan, Vitalinin Rubenin "İrəvan yolundan" kənarlaşdırıldığını demək mümkündür. Kremlin Qarabağda "hərbi gücü" "siyasi güc"lə niyə əvəz etdiyinə də bu kontekstdə baxa bilərik.
İndiki halda isə baş verənlər separatçı rejimin daxilində qarşıdurmanın olduğunu açıq şəkildə göstərir. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu "didişməni" daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2075 Tarix: 08 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr