Kəmalə Nəhmədova direktor təyin olundu
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Göygöl Peşə Məktəbində yeni təyinat baş tutub.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib.
Kəmalə Saləddin qızı Nəhmədova 1996-cı ildə Gəncə şəhərində anadan olub. 2016-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsini bitirib. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Üzvi Kimya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.Əmək fəaliyyətinə 2017-ci ildə Göygöl rayon 8 Mart kənd ümumi orta məktəbində başlayıb. Həmçinin Gəncə şəhəri M.Mehdizadə adına 4, İ.Qayıbov adına 1 və M.C.Paşayev adına 39 saylı məktəblərdə pedaqoji fəaliyyət göstərib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Peşə təmayüllü siniflər, STEAM Azərbaycan, İcma Əsaslı Məktəbəqədər Təhsil layihələrinin regional koordinatoru vəzifələrində çalışıb. 2019-ci ildə təhsil meneceri vəzifəsinə təyin edilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə iki qrant müsabiqəsinin - "STEAM-lə fərqli mühitdə" və "Mini robotun sərgüzəştləri" layihələrinin rəhbəri olub. Həmçinin, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Təhsil Texnologiyalar Mərkəzinin Gəncə şəhəri və Göygöl rayonu üzrə koordinatoru vəzifələrini icra edib. İTE təlimçisi kimi fəaliyyət göstərib. Virtual məktəb meneceri kimi fəaliyyətinə görə Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən təşəkkürnamə ilə təltif olunub, təhsil idarəsi tərəfindən fəxri fərmana layiq görülüb. İsraildə keçirilən "İnnovative Learning Methodologies and PBL in STEAM" beynəlxalq ixtisasartırma kurslarının, Türkiyədə keçirilən "Türkiyə-Azərbaycan müəllimlərinin 1-ci təhsil zirvəsi" proqramının iştirakçısı olub, Bursa şəhərində yerləşən ümumtəhsil məktəblərində tədris prosesində yaxından tanış olub, təqdimatlar edib./APA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva