"Artsaxı versək, Ermənistan yox olacaq!" - "Qafqaz qaraçıları"nın təzə hiyləsi

"Artsaxı versək, Ermənistan yox olacaq!" - "Qafqaz qaraçıları"nın təzə hiyləsi2023-cü il də şəkk-şübhəsiz, Paşinyan Ermənistanının özünə təzə ağa axtarışı ilə keçəcək. Ona görə ki, tarix boyu onun-bunun qoltuğuna sığınan bu xoflu millət müstəqil mövcud olmağa öyrəncəli deyil. Ancaq təkcə belə olsaydı, dərd yarıydı. Deyərdik özləri bilər.

Bəla həm də ondadır ki, heç vaxt dövləti, dövlətçiliyi, mənliyi olmayan bu tayfa daim öz məkrli niyyətlərini himayədarların əli ilə gerçəkləşdirməyə çalışıb, onların əli ilə özgə torpaqları yağmalamaq istəyib. Alınmayanda, burnu ovulanda isə özünü yox, ağasını günahkar bilib, ondan inciyib. O səbəbə vaxtaşırı bir ağasını digərinə dəyişib.

Üç ildir yenə eyni havadadırlar. Bilmirsən nə istəyirlər. İndi də başlayıblar ki, bəs "Arsax"ı versək, Ermənistanı da itirəcəyik. Həm xilaskarları Rusiyanı söyürlər, həm də ondan bərk-bərk yapışıblar. Rusdan nicat umurlar. Eyni zamanda, Qərblə oyun oynayırlar, başlarını başlara qoşublar. Hələ riyakarcasına sülhpərvər kimi görünməyə də cəhd edirlər.

O yandan isə rusiyalı şarlatan-ekspertlər ard-arda Ermənistanı qorxudurlar ki, KTMT-dən çıxsanız, yaxud Rusiya orbitindən uzaqlaşsanız, "Boz qurd", yəni Türkiyə sizi "yeyəcək". Bilərəkdən və ya bilməyərəkdən rusun bu anti-Türk tezisini gücləndirən, ocağa yağ tökən başdan xarab erməni "ziyalıları" da ki, nə qədər istəyirsən.

Məsələn, özünü "şərqşünas", "iranşünas" adlandıran, İrəvan Dövlət (?! – Z.S.) Universitetinin iranşünaslıq kafedrasının müdiri, Vardan Voskanyan yazır: "Artsaxı verək, onda Azərbaycan bizdən əl çəkəcək" radikal dağıdıcı tezisini irəli sürənlər mınim bir sualıma cavab versin: həqiqətənmi ardınca "Zəngəzur Türk dəhlizi"ni də verməliyik ki, Azərbaycan bizdən əl çəksin, sonra Sünikdən (Qərbi Zəngəzur – Z.S.) bölgəsindən imtina etməliyik ki, Azərbaycan bizdən əl çəksin, sonra bəlkə İrəvanın bir neçə inzibati rayonlarından imtina etmək lazım gələcək ki, Azərbaycan bizi sərbəst buraxsın? Azərbaycan bizdən/sizdən heç vaxt əl çəkməyəcək, ona evinizin mətbəxini də versəniz".

Nə deyəsən bu məxluqa. Əfsus ki, belə xəstə məfkurə daşıyıcısı olan tək Vardan Voskanyan deyil. Qarabağda qanunsuz peyda olan quldur-oliqarx Ruben Vardanyan da, o birilər də belə düşünür. Gerçəyi kəllə-mayallaq təqdim edən "alimləri", "iş adamları" var ikən, üstəlik, onlara təbliğat üçün həvəslə tribuna, tele-efir verilirkən erməni xalqına düşmən gərək deyil...

Axı geydirmə şərqşünasa necə anladasan ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymaq radikallıq deyil, tam əksinə, elə praqmatiklikdr! Dağıdıcılıq yox, quruculuqdur! Çünki əvəzində Ermənistan üçün, erməni xalqı üçün xilas şansı açılacaq. Əgər bunun "tarixçi alimi" belə düşünürsə, sıravi haydan hansı ağıllı fikri gözləmək olar?

Radikalıq, ifratçılıq – qonşu ölkənin torpaqlarına göz dikməkdir, nəinki bu iddiadan əl çəkmək! Guya sonuncu halda Azərbaycan və Türkiyə Ermənistanı dərhal udacaq, "erməni əraziləri"ni tuta-tuta gedəcək. Buna deyərlər, öz adını özgəsinə qoymaq. Qınamırıq. Təhsili, dünyagörüşü, təfəkkürü, tərbiyəsi budur voskanyanların. Oğru elə bilər hamı oğrudur, həmişə haramla yaşayan elə zənn edər ki, ətrafdakılar da onun tək gün keçirir, haramla dolanır. Erməni toplumu da yalana, saxtakarlığa o qədər öyrəşib, o qədər oğurluqla məşğul olub ki, elə bilir başqaları da onun xislətindədir.

Amma əlbəttə, belə deyil. Ermənistan adlı qondarma dövlət tarixi Türk torpaqlarında təşəkkül tapsa da, nə Azərbaycanın, nə də qardaş məmləkətin onun ərazisində gözü yoxdur. Ona görə yox ki, "Qafqaz qaraçıları"na xüsusi hörmət-rəğbətimiz var, o səbəbə ki, beynəlxalq hüquqa sayğılıyıq, vəssalam. Ermənilərdən fərqli olaraq.

Əsrin lətifəsi də budur ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, sonra isə zorla vurulub oradan çıxarılan, haqq elədiyi cəzanı alan Ermənistan indi də dünyaya car çəkərək, beynəlxalq hüquqdan dəm vurur! Guya ordumuz onun ərazisinə girib, Türkiyə və Azərbaycan Ermənistanı yox eləmək istəyir.

Beynəlxalq hüquq indi yadlarına düşüb. Həyasızlığın əlçatmaz erməni zirvəsi! Bəs sən özünə rəva bilmədiyini Azərbaycana on illərdir necə görürsən? İkincisi, qucaqda oturmağa vərdiş edənin dövləti olmaz. Olsa da müstəqil olmaz. Üçüncü yandan, Azərbaycanın ərazi iddiası olsaydı, Bakı 5 məlum prinsip əsasında sülh müqaviləsi təklif edərdimi? Hansılar ki, SSRİ tərkibindəki sərhədlərin qarşılıqlı tanınmasını nəzərdə tutur.

Ancaq Ermənistan iki ildir sırtıqlığına basıb bundan da imtina edir, vaxt uzadır. Çünki "miatsum" virusundan qurtula bilmir. Yaxud istəmir. O zaman hansı haqla beynəlxalq hüququ əldə bayraq edirsiniz? Qarabağ üzərində suverenliyimizi, ərazi bütövlüyümüzü min cür bəhanə ilə ("artsaxı versək, Ermənistan da gedəcək" şəklində və s.) tanımayacaqsınızsa, biz niyə sizin "ərazi bütövlüyü"nüzə sayğılı olmalıyıq? Belə şey hansı kitab-dəftərdə yazılıb?../Musavat


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2363   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr