"Suni şəkildə qiymətləri artıraraq vətəndaşların cibinə girənlər sərt şəkildə cəzalandırılmalıdır" - DEPUTAT
"Suni şəkildə bazarlarda qiymətləri artıranlar qanun çərçivəsində cəzalandırılmalıdır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı müvafiq sərəncamı ilə Azərbaycanda minimal əmək haqqı 345, pensiya isə 280 manata qaldırıldı:
"Bu gün dövlətimizin əsas məqsədi insanlarımızın sosial durumunun yaxşılaşdırılmasıdır. Bunun üçün də son 4 ildə sosial sahədə islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, pensiya isə 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Məhz buna görə də ölkə başçısı tərəfindən əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atılır".
Deputat vurğulayıb ki, təəssüf ki, pensiya və maaşlar artan kimi bəzi işbazlar bazarlarda qiymətləri süni şəkildə artırır:
"Əlbəttə ki, qiymət artımı hər kəs kimi məni də narahat edir. Hər gün qiymətlərin süni şəkildə artırılması haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Düşünürəm ki, müvafiq qurumlar suni qiymət artımı ilə bağlı mübarizəni artırmalı, vətəndaşların cibinə girənlər sərt şəkildə cəzalandırılmalıdır. Bu yola həm də biz dövlətimizin vətəndaşlarımızın sosial durumunun yaxşılaşdırılması istiqamətində atdığı addımlara dəstək olmuş olarıq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1341 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama
"APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasınd
24 aprelTələbələr bu tarixlərdə distant oxuyacaq
Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmr Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçünc
23 aprel"Maşını təmirə verdim, usta tərəfindən talan edilmiş halda tapdım" - ŞİKAYƏT
Bakıda Bəşir Bünyadovda ünvanında yerləşən maşın servislərindən birində fəaliyyət göstərən usta Şahnazarov Rövşən Allahverdi oğlu barədə saytımıza şikayət daxil olub. Bu barədə -a zərərçəkmiş Tural Səmədov müraciət edib. O bildirir ki, təmirə verdiyi maşınını usta tərəfindən talan edilmiş halda tapıb
23 aprelDostunun yasında vəfat etdi
Tovuz rayonunda yas yerinə gedən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü Aşağı Quşçu kənd sakini İlqar Məmmədov dostunun yas mərasimində olarkən vəziyyəti ağırlaşıb. Nəticədə o, vəfat edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktl
24 aprel"Yeni Klinika"ya direktor təyin olundu
"Yeni Klinika"nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub. Teleqraf-a istinadən xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib. Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub
23 aprelRepetitorsuz hazırlaşaraq 300 bal topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub. -a istinadən xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır. O bildirib ki, belə bir nəticən
24 aprelBurnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri xadiməyə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, bir müddət əvvəl Milli Oftalmologiya Mərkəzində M.N. adlı xadimə iş zamanı yıxılaraq burnu sınıb. Xəsarət alan xanımın təzyiqi də qalxıb. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım vasitəs
23 aprel