"Ölkə başçısının verdiyi hər müsahibə və açıqlama ölkəmizin uğurlu inkişafından xəbər verir" - DEPUTAT

"Ölkə başçısının verdiyi hər müsahibə və açıqlama ölkəmizin uğurlu inkişafından xəbər verir" - DEPUTAT"Cənab Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsi zamanı çox mühüm məsələlərə toxunub".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, ölkə başçısının hər bir açıqlaması onun vətəndaşlarımıza verdiyi dəyəri göstərir və ölkəmizin bundan sonrakı gələcəyinin də uğurlu inkişafından xəbər verir:

"Cənab Prezident İlham Əliyev müsahibəsi zamanı insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olacağını və iqtisadi imkanlarımız artıqca gələcəkdə bu kimi addımların atılacağını qeyd edib. Ölkə başçısı müsahibəsi zamanı dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşünə toxunaraq Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının olduğunu və dövlət tərəfindən bu məsələnin beynəlxalq arenaya çıxarıldığını da söyləyib. Əminəm ki, cənab Prezident İlham Əliyevin bu fikirləri Qərbi azərbaycanlılarda öz doğma yurdlarına tezliklə qovuşmaq inamını daha da artırıb. Çünki hər bir azərbaycanlı yaxşı bilir ki, Ali Baş Komandan hər zaman verdiyi sözü tutur. Biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərlə bir daha bunun şahidi olduq.

Müsahibə zamanı dövlət başçısı bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzil veriləcəyini də vurğulayıb. Qeyd edək ki, keçən il bu kateqoriyadan olan ailələrə artıq 1500 mənzil verilib. Şəhid ailələrinə və vətən müharibəsi əlillərinə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Onların sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır. Əminəm ki, bundan sonrakı dövrlərdə də dövlət tərəfindən bu kimi tədbirlər görüləcək".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev dünən verdiyi müsahibədə toxunduğu digər mühüm məsələlər Fransanın anti-Azərbaycan münasibəti və Ermənistanın, 30 il ərzində olduğu kimi, yenə də danışıqlar prosesini pozması ilə bağlıdır:

"Bu gün Ermənistanı dəstəkləyən və silah vermək istəyən ölkələr var. Bunun hansı dövlətlər olduğunu həm Prezidentimiz, həm Azərbaycan xalqı yaxşı bilir. Əsasən Fransa dövləti açıq şəkildə Ermənistanın işğalçı siyasətini dəstəkləyən addımlar atır. Əslində Vətən müharibəsində əldə etdiyimiz qələbə erməni havadarlarının, xüsusən də Fransanın planlarını alt-üst etdi. Onlar bütün cəhdləri ilə Dağlıq Qarabağ münaqişəsinin bitməməsinə və status-kvonun saxlanılmasına çalışırdılar.

Təəssüf ki, Ermənistan hakimiyyəti hələ də nə etdiyini bilmir. Ermənistan tərəfinin cənab Prezident İlham Əliyevin xəbərdarlığına qulaq asıb, sülh müqaviləsini imzalaması daha yaxşı olar. Çünki havadarlarının köməyi onları xilas etməyəcək. Ermənistan bu dəfə də havadarlarına qulaq assa, onları Vətən müharibəsindəki məğlubiyyətdən də ağır bir aqibət gözləyir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1021   Tarix: 11 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr