Bu muzey təkcə Azərbaycandadır - FOTOLAR

Bu muzey təkcə Azərbaycandadır - FOTOLARLerik rayonu Azərbaycanın ən səfalı rayonlarından biridir. Nadir ağacları, sərin bulaqları, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyanın yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də məhz elə bununla əlaqəlidir.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır.

Muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir.

Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca stendlər yaradılıb.

Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyir ki, Lerikdə uzun ömür sürmüş insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çox olub. Dünyanın ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb.

Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.

Dilarə Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlar ona uzunömürlülüyün sirləri ilə bağlı çoxlu suallar verirlər: "Uzun ömür sürməyin əsas səbəbi rayonun çox gözəl təbiətə, dağ havasına, təmiz suya malik olmasıdır. Digər bir səbəb isə əlbəttə ki, genetika ilə bağlıdır. İnsanın daimi hərəkətdə olması da başlıca səbəblərdəndir. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar."

Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olur: "Yola saldığımız 2022-ci ildə muzeyi 1700-dən çox turist ziyarət edib. Onların 300-dən çoxu xarici turistlərdir. Gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri - pasportlar göstərilir."

Uzunömürlülər Muzeyində təkcə yaşlı insanların şəkilləri nümayiş etdirilmir, burada onlara məxsus olan fotolar, etnoqrafik materiallar, yaşadıqları dövrə aid şəxsi əşyaları, əl işləri saxlanılır.

Qeyd edək ki, Lerikdə 168 il yaşamış Şirəli Müslümov "Ginnesin rekordlar kitabı"na düşüb.

Bu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLARBu muzey təkcə Azərbaycandadır - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1367   Tarix: 11 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr