Ayaqyolu problemini gündəmə gətirən müəllim: "Məsələ həll olunmasa, yeni video çəkəcəyəm" - FOTO/VİDEO
Bir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızı yeni video paylaşıb.
O, paylaşdığı videoda ağlayıb və hər kəsdən onu pisləməyi xahiş edib.
Buna səbəb müəllimin kollektivi tərəfindən incidilməsi olub.
Məsələ barədə Leyla Nəcəfquliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, artıq Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi onunla görüşüb:
"Nümayəndə məktəbin pedaqoji, texniki heyəti ilə iclas keçirdi və bildirdi ki, artıq kimsə Leyla müəlliməni incitməsin. Söz verildi ki, daha bu hal olmayacaq. Direktor mənə heç bir təzyiq etməyib. Sadəcə sözün düzünü dediyim üçün kollektivdə istənilmirəm. Mən işimi, təhsil verdiyim uşaqları sevdiyim üçün burada qalıb dərs deyirəm. Bakı şəhərində doğulub yaşamışam və 2007-ci ildən burada təyinatla çalışıram".
O qeyd edib ki, idarə tərəfindən bu həftənin sonuna kimi sanitar qovşağın istifadəyə veriləcəyi deyilib:
"Hələ ki heç bir təmir işinə başlanılmayıb. Həftəsonuna kimi sanitar qovşaq olmasa, yenidən bu problemlə bağlı video çəkib ictimailəşdirəcəyəm. Uşaqlara söz vermişəm ki, əvvəl sanitar qovşaq, sonra məktəbimizlə bağlı problemlərin həllinə çalışacağam. Bizə 2023-cü ildə yeni məktəbin də olacağı deyilib".
L.Nəcəfquliyeva töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib:
"Mən 2022-ci ilin dekabr ayında bu videonu çəkib məktəbi tərk etdiyim üçün töhmət almışam və 40 manat maaşımdan kəsilib".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, yayılan görüntülərlə bağlı məsələ qurumun diqqətindədir:
"Aidiyyəti qurumlarla birlikdə məsələ araşdırılır".
Qeyd edək ki, ayaqyolu problemi ilə bağlı sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım etsə də, Mil-Muğan Regional Təhsil İdarəsi bunu inkar edib. Bildirilib ki, L.Nəcəfquliyevaa 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi üçün töhmət alıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr