Əfqanıstanda döyüşmüş şəxslərin ailələrinə verilən təqaüdün məbləği artırıldı
Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.az xəbər verir ki, Fərmanda deyilir:
"1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilsin.
2. "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962; 2018, № 4, maddə 670; 2019, № 2, maddə 235; 2020, № 12 ( I kitab), maddə 1489) 1-ci hissəsində "500 (beş yüz)" sözləri "600 (altı yüz)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1128 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabr