Bakının tələbidir: Araik və Ruben gedir - Xankəndinə nümayəndə göndəriləcək

Bakının tələbidir: Araik və Ruben gedir - Xankəndinə nümayəndə göndəriləcəkQarabağda separatçı rejimin "rəhbərliyi" – Araik Arutyunyan və Ruben Vardanyan istefaya gedir. Eyni zamanda, qondarma "milli təhlükəsizlik xidmətinin direktoru" Armen Akopcanyan da "postu"ndan uzaqlaşdırılır.

Bu barədə "Hraparak" nəşri mənbələrinə istinadən yazıb.

Məlumata görə, A.Arutyunyan qondarma rejimin keçmiş "rəhbəri" Bako Saakyanla "dövlət naziri"nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var.

"Vardanyan Araik Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda "siyasi qüvvələr" buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Araik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda, "milli təhlükəsizlik xidmətinin direktoru" da "postun"dan göndərilir", - nəşr yazır.

İstefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan "Facebook" profilində bunu təkzib edib və "hər kəsi birliyə" çağırıb. Əlavə edib ki, "Araik Arutyunyanın və parlamentin də istefası qəbul edilən deyil".

Qeyd edək ki, separatçıların qondarma "parlamenti"nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı "parlamentin spikeri" Artur Tovmasyan "İravunk" qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar "parlament" və "prezident" "seçkiləri"nin olacağını istisna etməyib. Onun bu açıqlaması yayılan məlumatları da dolayısı ilə təsdiq edib.

R.Vardanyan israrla məlumatları təkzib etsə də, "MediaHub" teleqram kanalı onun bu gün istefa verəcəyi haqda məlumat yayıb.

"Hraparak" nəşri isə yazır ki, məsələ R.Vardanyandan "daha böyük yerdə" həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin "rəhbərliyi" Qarabağı tərk edəcək.

"Vardanyanın "istefa verməyəcəm" açıqlaması əslində pası Araik Arutyunyana atmaqdır, o istəyir ki, məsələyə Arutyunyan aydınlıq gətirsin. Mənbələrimiz bildirir ki, Vardanyanın istefasının alternativi yoxdur. Arutyunyan da gedir, lakin o siyasi qüvvələri inandırmağa çalışır ki, istefa verdikdən sonra "parlament və prezident seçkiləri"ni təşkil edəcək, halbuki, mövcud "konstitusiya və qanunlar" ona belə bir imkanı verməyəcək. Siyasi qüvvələr hesab edirlər ki, istefalardan və "parlamentin" buraxılmasından sonra Azərbaycan öz istəyinə çatacaq və Qarabağı Bakıdan təyin olunan nümayəndə idarə edəcək", - nəşr yazır./Publika


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3050   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr