Misir prezidenti Əs-Sisi Azərbaycana səfər edəcək
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Azərbaycana səfər edəcək.
Misir prezidenti Əs-Sisinin Azərbaycana səfərinin yanvarın 26-da reallaşacağı gözlənilir. "Bu, Misir prezidentinin Azərbaycana ilk və tarixi səfəri olacaq. Hazırda Əs-Sisinin Azərbaycana səfər proqramı üzərində iş yekunlaşmaqdadır"- israilli diplomat mətbuata açıqlamasında deyib.
O əlavə edib ki, səfər bir neçə il bundan öncə planlaşdırılsa da, pandemiya səbəbindən baş tutmayıb.
İsrailli diplomatın açıqlamasına görə, bu Misir kimi bir ərəb ölkəsinin Qafqazda Azərbaycana səfər etməsi Bakının regional əhəmiyyətinin getdikcə artması ilə bağlıdır. "Bu səfər Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni düzənlə və yükdaşımalarla bağlıdır. Yükdaşıma marşrutlarının şimaldan cənuba və şərqdən qərbə böyük bir hissəsi Azərbaycandan keçməkdədir. Bundan əlavə, Azərbaycan Avropanın enerji resurslarının, ilk növbədə qazın əsas təchizatçılarından birinə çevrilir. Yeri gəlmişkən, Misir də Aİ-yə qaz nəqlində rolunu artırır və bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır"- o qeyd edib.
İsrailli diplomat onu da əlavə edib ki, bura İsrail, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin bərpası da əlavə olunur. "Türkiyə-İsrail münasibətlərinin normallaşması 2021-ci ilin sonunda - 2022-ci il ərzində böyük ölçüdə Bakının gizli iştirakı ilə baş verdi. Qahirə də Ankara ilə münasibətlərini tədricən bərpa edir. Bu kontekstdə Bakı misirlilər tərəfindən çox dəyərli bir halqa kimi qəbul edilir. Bundan əlavə, Əs-Sisi təhlükəsizlik sahəsində İsraillə sıx əməkdaşlıq edir. Bu mənada, şübhəsiz ki, regionun təhlükəsizliyində ciddi rol oynayacaq İsrail, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi Misiri də kifayət qədər maraqlandırır"- diplomat qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb