"Xankəndi-Laçın yolunda 36 gündür davam edən aksiya Azərbaycan xalqının mərdliyini bir daha bütün dünyaya göstərdi" - DEPUTAT

"Xankəndi-Laçın yolunda 36 gündür davam edən aksiya Azərbaycan xalqının mərdliyini bir daha bütün dünyaya göstərdi" - DEPUTATXəbər verdiyimiz kimi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cəbi Quliyev bildirib ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir:

"Otuz altı gündür ki, aksiya iştirakçıları birlik nümayiş etdirərək dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Günlərdir ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Hər dəfə aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər. Qarlı və şaxtalı hava belə insanlarımızın iradəsini qıra bilmədi. 36 gündür davam edən aksiya Azərbaycan xalqının mərdliyini və sınmaz iradəsini bir daha bütün dünyaya göstərdi. Xalqımızın sınmaz iradəsi və həmrəyliyi 44 günlük Vətən müharibəsində bizə möhtəşəm zəfəri yaşadaraq 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu".

Deputat vurğulayıb ki, bu gün insanlarımız yenidən bir olaraq ermənilərin Qarabağdakı ekoloji terroruna və oradakı təbii sərvətlərimizin talan olunmasına etirazlarını bildirirlər:

"Təəssüf ki, bu gün Rusiya sülhməramlıları Qarabağda ermənilərin ekoloji terroruna göz yumur, hətta dəstək olurlar. Hələ də erməni silahlı birləşmələri Qarabağda qalmaqdadır. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannaməyə görə bir nəfər də olsa erməni terrorçusu Qarabağda qalmamalı idi. Təbii ki, Rusiya sülhməramlıların bu iki il ərzində erməni terrorçularını torpaqlarımzdan çıxarmaması bizdə onlara olan inamı itirib. Qarabağdan çıxarılmalı olan erməni silahlı birləşmələrinin hələdə orada qalma səbəbi və necə silahlandırılması ilə bağlı suallarımız iki ildir ki, Rusiya sülhməramlıları tərəfindən cavabsız qalıb".

Deputat söyləyib ki, Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq:

"36 gündür ki, dünya Azərbaycan xalqının gücünü və iradəsini görməkdədir. İnanıram ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfər yenidən yaşanacaq və aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə bitəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1387   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr