"Yeni təyin olunan gənc hakimlərin cəmiyyətə töhfə verəcəklərinə dərin inam var" - DEPUTAT

"Yeni təyin olunan gənc hakimlərin cəmiyyətə töhfə verəcəklərinə dərin inam var" - DEPUTAT"Bildiyiniz kimi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməsi, məhkəmə icraatının effektivliyi yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər, gücləndirilməsi qəti vəzifə olaraq müəyyən edilib. Ötən 4 il ərzində qarşıya qoyulan bu məqsədlərə doğru inamlı yol qət edilmiş, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə dövlət başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələrin realizəsi istiqamətində ciddi nəticələr əldə olunmuşdur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Yeni təyin olunan gənc hakimlərin cəmiyyətə töhfə verəcəklərinə dərin inam var" - DEPUTAT"Qarşıya qoyulan və həll edilməsi vacib problemləri təhlil edərkən bu çatışmazlıqların kökündə dayanan əsas amillərdən biri kimi hakimlərin sayının iş yükü və əhalinin sayına mütanasib olmaması faktorunun çıxış etdiyini görərik. Konstitusiyanın 8-ci maddəsinə müvafiq olaraq məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi dövlət başısı da məhz bu səbəbdən adıçəkilən Fərmanda məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılmasını qərara almışdı.
Həmin dövrdən etibarən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi həm vakant yerlər, həm də əlavə ayrılmış 200 hakim ştatı üzrə yerlərin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlərə start vermiş, fasiləsiz sənəd qəbuluna başlanmış, şəffaf və obyektiv hakim seçimləri intensivləşdirmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə seçim turları və təlim mərhələlərini uğurla başa vurmuş, mütləq əksəriyyəti gənc olan 40 nəfər hüquqşunasın birinci instansiya məhkəmələrinin hakimləri təyin olunması da məhz bu baxımdan qiymətləndirilməli, 3 aprel 2019-cu il tarixli Fərmanla müəyyənləşmiş hədəflərə doğru mühüm addım hesab edilməlidir.
Yeni təyin olunan gənc hakimlərimizin cəmiyyətin məhkəmə sisteminə, həmçinin məhkəmə orqanlarının əxlaqı, vicdanlılığı və ələalınmazlığı məsələlərində məhkəmə sisteminin nüfuzuna olan inamının demokratik cəmiyyətdə birinci dərəcəli rol oynadığını nəzərə alacaqlarına, dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında məsuliyyətlərini dərk edərək, ölkədə ədalət mühakiməsini Konstitusiya və qanunlara tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyi və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına və beləliklə də məhkəmələrə olan etimadın möhkəmləndirilməsinə töhfə verəcəklərinə dərin inam ifadə edir, onlara uğurlar arzu edirik".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1953   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr