20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır

20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdırAzərbaycan xalqının minilliklərə söykənən qədim tarixinin mühüm səhifələrindən birini də əsarətə, işğala qarşı yorulmadan mübarizə aparması təşkil edir. Tarixi faktlar sübut edir ki, böyük dövlətlər, nəhəng imperiyalar yaratmış Azərbaycan xalqı tarixin müəyyən mərhələlərində sərt sınaqlarla üzləşərək işğala məruz qalsa da, azadlıq mübarizəsini sonadək, məqsədinə nail olana qədər davam etdirib. Bu yolda bütün təzyiqləri, maneələri şərəflə aşan xalqımızın azadlıq naminə atdığı hər bir addım bizim qəhrəmanlıq salnaməmizdir. Xalqımızın hər bir nümayəndəsi tarixin bu səhifələrini qürurla vərəqləyir.
Xalqımızın sovet imperiyasına qarşı mübarizəsi də tarixə qızıl hərflərlə yazılıb və gələcək nəsillərə dəyərli örnək olan şanlı azadlıq yolumuzun başlanğıcıdır. Bu yolda xalqımız çox məşəqqətlərdən keçsə də, repressiyalara, təzyiqlərə məruz qalsa da, öz ali amalından bir an da olsa əl çəkmədi, mübarizəsini ləyaqətlə davam etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda imperiyanın ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu. Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. İmperiya Azərbaycan xalqının birliyini pozmaq, azadlıq mübarizəsini boğmaq, milli ruhunu öldürmək, müstəqilliyə gedən yolunu bağlamaq niyyətində idi. Amma xalqımız baş verən hadisədən qorxmadı, sarsılmadı, milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də xalqımızın müstəqillik, istiqlaliyyət və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini aldı. Bu, dünya tarixində əsarətə qarşı ən şanlı mübarizə idi.
Baş verən hadisənin səhəri günü - 1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu, Vətənini və xalqını hədsiz dərəcədə sevən, bütün ömrünü xalqının xoşbəxt yaşamasına sərf edən, bu missiyasını özünə müqəddəs borc bilən ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya çatdırdı, sovet rejiminin fitnəkar siyasətini qətiyyətlə və kəskin şəkildə tənqid etdi. İmperiyanın törətdiyi qanlı qırğını cəsarətli bəyanatı ilə kəskin şəkildə pisləyən ümummilli lider Heydər Əliyev əliyalın xalqa qarşı silah işlədilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı. Bu, o dövr üçün nə qədər təhlükəli açıqlama olsa da, Ulu Öndər bunu heç nədən qorxmayaraq böyük fədakarlıqla etdi. Xalqı ilə həmrəyliyini, hər zaman onunla birlikdə olduğunu göstərdi.
Şəhidlərimiz paytaxt Bakının ən uca zirvəsində uğrunda can verdiyi torpaqda son mənzilə yola salındı. Törədilən qanlı hadisənin ardınca dəfn mərasiminə yüz minlərlə insanın qatılması xalqımızın Vətənin azadlığı yolunda heç nədən qorxmadığını, mətinliyini, canından keçən şəhidlərimizin xatirəsinə müqəddəs münasibətini nümayiş etdirdi. Xalqımızın sonrakı dövrdə başqa mübariz davranışları da artıq imperiyaya göstərdi ki, Azərbaycanın müstəqillik mübarizəsinin qarşısında duruş gətirə bilməyəcək. Bu, qarşısıalınmaz mübarizədir.
20 Yanvar faciəsinin milli kimliyimizin formalaşmasında, dövlət müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi oldu. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı. Bundan sonra xalq artıq öz gələcəyini müstəqil Azərbaycanda suveren hüquqlara sahib olmaqda, sərbəst və azad yaşamaqda gördü. Xalqımız bütün çətinliklərə rəğmən, nəhayət, ən ali məqsədinə - müstəqilliyin bərpasına nail oldu. 20 Yanvar şəhidləri öz qanları ilə azadlıq yolumuza sönməz işıq saldı, mübarizlik məktəbi yaratdı, həmrəylik nümunəsini gələcək nəsillərə yadigar qoydu. Şəhidlərimiz göstərdilər ki, bütün uğurlarımızın kökündə xalqımızın sarsılmaz birliyi dayanır. Xalqımız mübariz ruhunu davam etdirərək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Şərqi Zəngəzuru və Qarabağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində azad etdi və müzəffər xalq olduğunu bütün dünyaya bir daha göstərdi.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr