DİQQƏT! - Mobil telefonunuza SMS gəldikdən sonra 500 AZN alacaqsınız
Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat təyin olunub.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Yeni fərmandan sonra övladı olmuş hər bir Azərbaycan vətəndaşı dövlətdən 500 AZN sosial müavinət ala biləcək.
Yeni doğulan uşaqlar üçün birdəfəlik müavinəti almaq üçün vətəndaşlar hansı proseduru keçməlidir? Hansı sənədləri müvafiq quruma təqdim etməlidir? Valideynlər 500 AZN müavinəti hansı vasitə ilə ala bilərlər?
Bu suallara cavab tapmaq məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 2019-cu ilin oktyabr ayından uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi hər iki valideyn işləmədikdə elektron sistem üzərindən, proaktiv qaydada həyata keçirilir:
"Yəni hər hansı sənəd təqdim edilmədən bu müavinət avtomatik təyin olunur. Valideynlərdən biri işlədiyi halda isə işləyən valideyn zəruri sənədləri iş yerinə təqdim edir və işlədiyi müəssisə həmin sənədləri elektron hökumət portalı üzərindən heç bir vətəndaş məmur təması olmadan Nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə göndərir. Sənədlər düzgün tərtib olunub göndərildiyi halda tərəfimizdən bu müavinətin ödənilməsi təmin olunur.
1 yanvar 2021-ci il tarixdən sonra anadan olmuş uşaqlara görə işləyən valideynə məcburi dövlət sosial sığortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı da proaktiv qaydada həyata keçirilir. Uşağın anadan olması ilə bağlı müvafiq məlumatlar Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya olunduqdan sonra artıq həmin sistemdən əldə olunan məlumatlar əsasında birdəfəlik müavinət proaktiv qaydada təyin olunur.
5 iş günü ərzində müavinətin ödənilməsi təmin olunur və təyinat aparılmış işləyən valideynin adına olan mobil telefon nömrəsinə bu barədə SMS məlumat gönədirilir. Bunun üçün hər hansı quruma müraciət və sənəd təqdim etməyə artıq ehtiyac yoxdur və şəxsiyyətini təsdiq edən sənədlə istənilən Kapital Bank filialına yaxınlaşıb uşağının anadan olmasına görə birdəfəlik müavinəti ala bilər.
Adına mobil telefon nömrəsi olmadığı üçün sms bildiriş almayan şəxslər bu barədə məlumat almaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Həmçinin 01 noyabr 2021-ci il tarixdən uşağın anadan olmasına görə müavinət hər iki valideyn işləmədiyi halda vətəndaşlara "Azərpoçt" MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti "Azərpoçt"un istənilən filial və şöbəsində əldə edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva