"BƏƏ Azərbaycan üçün ciddi həcmdə alternativ enerji istehsalına investisiya yatıran ölkələrdəndir" - ŞƏRH
"Multivektoral siyasət Azərbaycanın xarici iqtisadi münasibətlərində son dönəmlər özünü daha qabarıq biruzə verir. Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri xarici iqtisadi siyasətdə bu yanaşmanın aydın müşahidə edildiyi növbəti səfərlərdən biridir.
Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün son 8 ildir ki, ciddi tərəfdaşlardan birinə çevrilib. Azərbaycan ciddi həcmdə alternativ enerji istehsalına ilk olaraq investisiya yatıran 2 ölkədən biri oldu".
Bu sözləri Sonxeber.az-a iqtisadi ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki,hələ ötən ilin martında BƏƏ-nın "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi.
"Hansı ki, bu investisiya layihəsinin dəyəri 225 milyon ABŞ dollarından çoxdur. İndiyə qədər isə BƏƏ-nin bizim ölkəmizə yatırdığı 2,5 milyard ətrafında bir investisiya həcmi var ki, bu da bizim onlara yatırdığımız investisyadan 6-7 dəfə çoxdur.
Ümumilikdə isə bu ölkələrin bir-birinə verdiyi fayda baxımında hazırda BƏƏ Azərbaycan üçün daha faydalı hesab edilə bilər. Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın ixracında ciddi problemlərin yaranması sirr deyil. Hətta yarıbayarı azalan ixrac məhsullarımız da var. Odur ki, hazır ki məqamda həm ölkəyə investisiya cəlbi, həm yeni ixrac bazarı, həm xarici turist potensialı, həm iqtisadi zonalar üzrə təcrübə məsələləri və s. kimi bir sıra istiqamətlərdə bu ölkə bizim üçün potensial tərəfdaşdır".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva