Yas mərasimlərində ağı demək qadağan olunmalıdır
Son illər Azərbaycanda keçirilən yas mərasimlərində bəzi adətlər peyda olub ki, bunlar cəmiyyət tərəfindən xoş qarşılanmır, daha çox qıcıq yaradır.
Məsələn, götürək mərsiyyə deyənləri... Bu işlə məşğul olan şəxslər yas məclislərini "ağlamaq şousu"na çevirərək, yaxşıca pul qazanırlar. Hansı ki, üzləşdiyimiz bu xoşagəlməz mənzərə nə dinimizdə, nə də adət-ənənələrimizdə məqbul sayılır. Qondarma bir adət kimi yas məclislərinə ayaq açan saxta dindarların ucuz tamaşaları kənardan baxan əksər insanların əsəblərinə toxunur.
Bu nədir axı? İnsanları ağlatmaq üçün niyə pul verməlisən? Sadəcə absurd və gülüncdür. Artıq cəmiyyət olaraq belə neqativ halların qarşısını almq barədə düşünməli, din pərdəsi altında dələduzluq edənlərə meydan verməməliyik.
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov bildirib ki, yasda edilənlər dindən çox, adət-ənənələr üzrə formalaşıb:
"Yasın müddəti də, yas mərasimində insanların riayət etməli olduqları qaydalar da dini kitablarda öz əksini tapıb. Tək Azərbaycanda yox, bir sıra başqa İslam ölkələrində də dini mətnlərdəki buyruqlarla insanların adətləri arasında fərqlər mövcuddur. Azərbaycanda tarix boyu belə mərasimlər keçirilib. Bu gün də keçirilməyə davam edir. Ancaq dinimizin əsas buyruqlarına zidd hərəkətlər etməməyə xüsusi diqqət yetirilməlidir.
Məsələn, Peyğəmbərimizin hədislərinə, əhli beyt imamlarının kəlamlarına diqqət yetirdikdə insanların Allaha qarşı üsyankarlıq əlaməti kimi qışqırıb-bağırması, öz bədənlərinə zərər vurmasının qadağan olunduğunu görürük".
Rektorun sözlərinə görə, yas mərasimlərində özünü göstərən israfçılıq qadağandır:
"Bəzən insanların maddi imkanlarının çatmamasına baxmayaraq, kredit götürüb, yaxud borc alıb yas mərasimlərini keçirdiklərinin şahidi oluruq. Bu da qəbuledilməzdir. Çünki Peyğəmbərimizin buyruğu açıqdır. Həzrəti Əlinin qardaşı Cəfəri-Təyyar şəhid ediləndə Peyğəmbərimiz öz ailəsinə demişdi ki, Cəfərin ailəsinə yemək aparsınlar. Yəni vəfat edənin ailəsinə yemək aparılmalıdır, çünki onlar özləri üçün yemək bişirəcək halda olmurlar. Vəfat edənin ailəsi isə insanlara yemək vermək məcburiyyətində deyil".
Yas mərasimlərində ağı demək ləğv edilə bilərmi?
A.Şirinov suala cavabında deyib: "Bu məsələlər elədir ki, cəmiyyət özü bunları tənzimləməlidir. İnzibati qaydada qadağaların effekt verəcəyini düşünmürəm. İlk növbədə burada din xadimlərimizin üzərinə vəzifə düşür. Din xadimlərimiz bunun doğru olmadığını, dinimizdə buyrulduğu kimi mərasimin keçirilməsini insanlara başa salmalıdır. Gördüyüm odur ki, din xadimlərimizin bir qismi bunu insanlara başa salmağa çalışırlar. Get-gedə belə adət-ənənələr cəmiyyətdən yığışacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva