2023-ci il üçün əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR - Artım davam edəcək

2023-ci il üçün əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR - Artım davam edəcəkYeni ilin ilk günlərindən etibarən ölkənin əsas gündəminə çevrilən məsələlərdən biri də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardır.

Bu məqsədlə Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Daha sonra dövlət müəsisələrində fəaliyyət göstərən şəxslərin də maaşı rəsmi inflyasiya rəqəminə uyğun olaraq 15% məbləğində çoxaldılıb. Özəl sektorda isə vəziyyət bir qədər fərqlidir.

Nəzərinizə çatdıraq ki, Dövlət Statistika Komitəsinin son statistik göstərilərinə əsasən, ölkədə muzdla çalışanlar 1 milyon 70.9 min nəfərdir. Onlardan 905.7 min nəfəri (bir ay öncə: 903.6 min) iqtisadiyyatın dövlət sektorunda, 799.2 min nəfəri (795 min) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Belə olan halda yerdə qalan 800 min nəfərə yaxın özəl sektor işçilərinin taleyi sual doğurur. Təəssüf ki, hazırda əksər özəl müəsisələr işçilərin maaşını artırmır. Bəs görəsən, dövlət həmin insanların sosial təminatını yaxşılaşdırmaq üçün müəsisələri maaş artımına necə təşviq edə bilər? Burada hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, minimum əmək haqqının 300 manatdan 345 manata qaldırılması ilə özəl müəsisələrin işçilərə verdiyi maaşı bu həddə uyğunlaşdırmasına maaş artımı demək olmaz. Bu dövlət-özəl fərq etmədən bütün müəsisələrə aiddir. Heç kəsin də ixtiyarı yoxdur ki, işçiyə minimum həddən aşağı maaş versin.

Deputatın sözlərinə görə, ölkədə baş verən qiymət artımı və inflyasiya fonunda dövlət tərəfindən sahibkarlarla müəyyən işlər aparıldı:

"İqtisadiyyat nazirliyi tərəfindən iclaslar keçirildi. Özəl sektorlara tövsiyə olundu ki işçilərin maaşları artırılsın, hətta vergi orqanları vergi sistemində yoxlamalar apardı ki, bu məsələ daha çox qabardılsın. Aldığım məlumata görə, bəzi özəl müəsisələr maaş artımı tövsiyəsinə riayət edirlər. Çalışırlar ki insanların maaşları aşağı olmasın. Lakin hazırda bundan yayınanlar da az deyil. Çünki işçiyə çox maaş vermək, həm də çox vergi ödəmək deməkdir. Ona görə də bir vaxtlar Azərbaycanda "konvört" sistemi mövcud idi. Daha sonra bu yavaş-yavaş ləğv olundu. Bütün hallarda işçiyə aşağı maaş yazmaq olmaz. Çünki bu işlə bağlı ciddi yoxlamalar gedir".

"Özəl sektorda maaş artımı nə qədər olmalıdır?" sualına gəldikdə isə deputat bildirdi ki, bu bir qədər həmin müəsisələrin insafına qalan məsələdir:

"Mən də istəyərəm ki hər kəs yüksək gəlir əldə etsin. Belə bir reallıq var ki, bazara nə qədər pul kütləsi daxil olursa, o qədər inflyasiya təzyiqi yaranır. Bunlar hamısı hesablanır. Dövlət başçısı 300 manatı 345 manata çatdırdı. O, bu məbləği 450-500 manat da edə bilər. Amma digər tərəfdən bu amil özlüyündə süni qiymət artımına şərait yaradır".

V.Əhmədov onu da vurğuladı ki, 2023-cü ildə ölkədə inflyasiya davam etsə, ərzaqların, dərman vasitələrinin və s. qiymətində bahalaşma baş verərsə dövlət tərəfindən minimum əmək haqqı və maaş artımı davam etdiriləcək:

"Apardığım analizlərə görə, 2023-cü ildə müəyyən qıtlıq gözlənilir. Lakin bu Azərbaycana aid deyil. Ölkəmizin kifayət qədər vəsaiti var ki, istənilən məhsulu alıb gətirsin".

Vahid Əhmədovun fikrincə gələn il Azərbaycanda iflyasiya 6.9% təşkil edəcək. 2023-cü ildə ölkədə ciddi qiymət artımı müşahidə edilməyəcək. Ola bilsin Rusiya-Ukrayna müharibəsi dayandı və stabilləşmə prosesi getsin.

Qeyd edək ki, son ölkədə son olaraq ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları 7,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10 % bahalaşıb.

Bu ilin avqust ayında inflyasiya iyul ayına nisbətən 0,9 %, ötən ilin avqust ayı ilə müqayisədə isə 14,2 % olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4056   Tarix: 17 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr