Bakıda xaski itləri gəzdirən şəxs həbs edilib
Bakıda 14 yanvar 2023-cü il tarixdə saat 15:20 radələrində Keşlə qəsəbəsi, Yenikənd küçəsində haski cinsindən olan itlər gəzdirən şəxs həbs edilib.
"Qaynarinfo"-nun məlumatına görə, İntiqam Cavadov (soyad şərti) küçədə itləri ağızlığı olmadan gəzdirdiyi üçün polis ona irad bildirib. O, isə itlərin onun olmadığını deyib. Bundan sonra polis həmin itlərin sahibinin kim olduğunu araşdırmaq və uşaqlara hücum edəcəyini düşündüyü üçün geri qayıdan zaman İntiqamın itin birinin boğazına kəmər bağlayaraq tutduğunu görüb. Polis növbəti dəfə itin ona məxsus olmadığını xatırlatdıqda, İntiqam səs tonunu yüksəldərək "Dedim axı mənim deyil" ifadəsini işlədib.
Polis tərəfindən itlərin sahibinin müəyyən edilməsi üçün İntiqamı bölməyə dəvət edib. Sonuncu isə bundan imtina edib və aralarında mübahisə yaranıb.
Polis raportun məzmununa uyğun izahat verərək bildirib ki, İntiqam onun ailəsinə, körpə qızına qarşı nalayiq ifadələr işlədib. Həmin şəxs saxlanılaraq polis bölməsinə və oradan da məhkəməyə aparılıb.
İntiqam məhkəmə izahatında deyib ki, dövlət işçisidir və itlərin sahibi deyil. İtlərin polislərə hücum çəkəcəyini düşündüyü üçün onların birini tutub saxlayıb.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1853 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr