Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: "Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün..."

Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: "Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün..."Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ötən gün Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əgər şəxslər yeddi iş günü ərzində prosesi icra etməsələr, onlara xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaqlar. Çünki olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Oxu.Az-a açıqlamasında qeyd edib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:
Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: "Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün...""Həmçinin yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi iş günü ərzində tələb olunan sənədləri ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Nəticədə həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Təbii ki, bir müddət sonra vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu qeydiyyatdan çıxarır".

Millət vəkili bildirib ki, sözügedən qərarın cəmiyyətimizə böyük faydası var:

"Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bildirim ki, 1990-cı illərin sonu və 2000-ci illərdə bu sahədə pərakəndəlik vardı. İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı. Bu proseslə bağlı dövlət orqanlarına müraciət edəndə əvvəlki illərdə buraxılmış fəsadlar hiss olunurdu. Ona görə də sistemin tam sadələşdirilməsi hər birimiz üçün vacib məsələdir".

Müsahibimiz hesab edir ki, belə bir addımın atılması həm də hüquqi işlər üçün vacibdir:

"Bu qanundan əvvəl olduğu yerin araşdırılması müvafiq orqanların işini çətinləşdirirdi. Düşünürəm ki, şəxsin olduğu yerlə bağlı hüquqi sənədin olması həm də bəzi şəxsləri cinayət əməllərindən çəkindirər. Bundan əlavə, hərbi səfərbərlik, sosial müavinət, evlənmək, boşanmaq kimi məsələlərlə bağlı da insanın faktiki yaşadığı yerin dəqiq bilinməsi vacibdir. Bu proses vətəndaşların tez tapılmasına xidmət edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2033   Tarix: 17 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr