Azərbaycanda insanlar arasında yeni virus yayılıb: Nazirlik həyəcan təbili çaldı - VİDEO
Son günlər azyaşlılar və böyüklər arasında yayılan virusun qripin influenza növü olduğu təsdiqlənib.
BAKU.WS xəbər verir ki, paytaxtda özəl klinikaya müraciət edən xəstələrdən birində analizlər müsbət nəticə verib.
Onun influenza virusuna yoluxduğu məlum olub.
Həmin xəstəxananın pediatrı Yalçın Mirzəyev "Xəzər TV"yə bildirib ki, virus əsasən 1-5 yaş arasında olan uşaqlarda daha çox yayılır. Onun sözlərinə görə, virus kəskin respirator xəstəliklərə xarkterik əlamətlərlə özünü göstərir. O deyib ki, xüsusilə risk qrupuna daxil olan şəxslər ən azı 48 saat ərzində həkimə müraciət etməlidirlər. Əks halda daha ağır nəticələri ola bilər.
Valideynlər isə deyirlər ki, virusun ən ağır əlaməti temperaturun bir neçə gün davam etməsidir. Onların sözlərinə görə, bu hal uşaqlarda ciddi narahatlığa səbəb olur.
Səhiyyə Nazirliyi virusun yayıldığını təsdiqləyib.
Bildirilib ki, hazırda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1498 Tarix: 18 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr