Azərbaycan Ermənistana qarşı yeni iddia qaldırdı - RƏSMİ
18 yanvar 2023-cü il tarixində Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub
"Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.
2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində "xüsusi mühafizə olunan və qiymətli meşələr"in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur.
Ermənistanın bu addımları çayların, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub.
2022-ci ildə UNEP, həmçinin Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində "suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə" səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu qeyd edib.
Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada bildirilir ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub.
Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır.
Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir", - məlumatda qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb