"20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayətdir" - DEPUTAT

"20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayətdir" - DEPUTAT"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinin məzmununa əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma soyqırım hesab edilir.
Həm beynəlxalq həm dövlətdaxili hüquq müstəvisində baxdıqda, eyni zamanda əməlin subyektiv cəhətini, motiv və məqsədini təhlil etdikdə, 20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayət və soyqırımdır. Tarixi zəmində diqqət yetirərək daha da dəqiqləşdirsək, 20 Yanvar Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən soyqırım cinayətləri ilə üzvü formada bağlı olan, daha mütəşəkkil cinayətlərin davamıdır. Bu proseslərdə də Sovet hakimiyyətinin yalnız bir məqsədi olub, o zaman Moskva Azərbaycan xalqının iradəsini qıraraq, əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək niyyəti güdürdü".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, vəhşicəsinə qətllər, çoxsaylı yaralılar Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə, 20 Yanvar qırğını milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, bizi dövlət müstəqilliyinin bərpasına daha da yaxınlaşdırdı.

"Tariximizin bütün taleyüklü dövrlərində olduğu kimi, 20 Yanvar hadisələrində də - xalqın əzminin qırılmaması, milli ruhun sınmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada yaşayan dahi lider faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycan SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştiraka qatıldı. O zamankı hakimiyyətin qorxaq və satqın mövqeyindən fərqli olaraq dahi lider Azərbaycana, Naxçıvana döndükdən sonra, 1990-cı ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsinə hüquqi qiymət verərək baş verənləri Azərbaycan xalqının suveren hüquqlarına qəsd elan etdi. Ümummilli Lider prezident seçildikdən cəmi 5 ay sonra isə 1994-cü il mart ayının 29-da Parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etməklə nəhayət ölkə səviyyəsində bu qətliamlara hüquqi mövqe sərgiləndi.
Diqqət etsək, Ermənistan hakimiyyəti Qərbi azərbaycanlılara qarşı sonuncu deportasiya dalğasını 1987-ci ildə, məhz Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən azad olunduqdan sonra başlatmış və sonrakı dövrdə də istər Ermənistan ərazisində, istər Azərbaycan ərazisində yaşayan soydaşlarımız məhz başsız, lidersiz qaldıqları üçün rahatlıqla hədəfə alına bilirdi. Ən azı elə bu fakt bir daha Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının tarixində hansı rola malik olduğunu əyani olaraq göstərir.
Amma bildiyimiz kimi, Ermənistan artıq o zaman Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sonuncu partiyasını da soyqırım təhdidi altında deportasiyaya məruz qoyaraq məqsədinə nail olsa da çirkin niyyətlərinə "dur" deməyərək, Qarabağ və Şərqi Zəngəzura da göz tikdi və yenə də Bakıda hakimiyyəti zəbt etmiş səbatsız dəstənin ucbatından məqsədinə nail oldu. Dahi Liderin yenidən hakimiyyətə qayıtması işğal faktorunun daha geniş areala yayılmasının qarşısını aldı. Lakin təəssüf ki, o zaman artıq mövcud olan işğal status-kvosu Qərbi Azərbaycandan-20 yanvara qədər uzanan vahid bir proses olan cinayətlərin araşdırılması, soydaşlarımızın təməl hüquqlarının bərpası ikinci plana keçdi. Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə də ifadə etdiyi kimi, "Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi".
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki Zəfərimizlə işğala, təcavüzə son qoyaraq ən azı 120 ildir mütəşəkkil formada davam edən qırğınların qisası alınmaqla bərabər həm də Qərbi Azərbaycana dönüş, 20 Yanvar hadisələrinin səbəbkarlarının isə hüquq müstəvisində cəzalandırılmasına imkan yaratdı.
Bu gün artıq regionda diqtə edən dövlət kimi Qərbi Azərbaycana qayıdışı qarşımızdakı əsas milli amallardan, prioritetlərdən biridir və həyata keçirilən köklü, beynəlxalq hüquqa uyğun məqsədyönlü siyasi gedişlər böyük dönüşün uzaqda olmadığına əminlik yaradır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1299   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr