"33 ildir ki, xalqımız müstəqillik uğrundan canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edir" - DEPUTAT

"33 ildir ki, xalqımız müstəqillik uğrundan canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edir" - DEPUTAT"SSRİ-nin əli günahsız insanların qanına bulaşmış rəhbərliyinin törətdiyi qanlı 20 yanvar faciəsindən 33 il keçir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, 20 Yanvar faciəsi ölkəmizdə Hüzn Günü kimi qeyd olunsa da, bu gün həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunub:

"1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlaması nəticəsində 146 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun bu əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə vardı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalanda və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Bu faciəni törədənlərin əsil niyyəti Azərbaycan xalqını qorxutmaq və müstəqillik arzusunu boğmaq idi. Lakin əli günahsız insanların qanına bulaşmış SSRİ rəhbərliyi bu palnını reallaşdıra bilmədi. Əksinə 20 yanvar hadisələrindən sonra xalqımız bir yumruq kimi birləşərək xəyanətkar imperiyaya birdəfəlik "yox" dedi.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Müstəqlliyə gedən yolda həyatlarını qurban verən Vətən övladları öz qanları ilə Azərbaycan tarixinə yeni parlaq səhifə yazdılar. Azərbaycan xalqı hər zaman qormazlığı və qəhrəmanlığı ilə ona qarşı törədilən bütün cinayətlərin qarşısında dik dayanmağı bacarıb. Məhz Azərbaycan xalqının bu mərdliyi sayəsində 30 ildən sonra 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdik".

Deputat vurğulayıb ki, həmin dövrdə SSRİ rəhbərliyinin əliyalın insanlarımıza qarşı törtdiyi bu vəhşiliyi pisləmək və ifşa etmək üçün böyük iradə tələb edirdi:

"Belə çətin gündə yalnız ulu öndər Heydər Əliyev kimi mərd və vətənini, xalqını sevən dahi şəxsiyyət xalqımıza qarşı törədilən bu vəhşiliyi dünya ictimaiyyətinə çatdıra bilərdi. Elə də oldu. Ulu öndər Heydər Əliyev qanlı qırğının səhəri gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək insanlığa qarşı törədilən bu qanlı cinayətlə bağlı bəyanat verdi. Həqiqətən o dövrdə İmperiyanın paytaxtında dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında Sovet ordusunun təcavüzünü pisləyərək bu cinayət planın cızan Mixail Qorbaçovu ittiham etdi. Ulu öndərin bu addımı bir daha onun xalqına və vətəninə bağlı bir insan olduğunun sübutu idi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanını ziyarət edərək qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməsini və burada memorial kompleks ucaldılması tapşırığını verdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev tərəfindən şəhid ailələri daim diqqət və qayğı göstərilməkdədir. Bu gün şəhid ailələrin sosial rifahının yaxşılaşdırılması və onların problemlərinin həll edilməsi istiqamətində dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmaqdadır".

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. 33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Azərbaycan xalqı 33 ildir ki, müstəqillik uğrunda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yadd edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1364   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr