Şəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTO

Şəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTO20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir.

Report-un Aran bürosu xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin senari Neftçala rayonunda da təkrarlanıb.

Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də Bankə qəsəbəsində şəhidlərin yas mərasimi keçirilirmiş. Saat 16 radələrində qardaşı Əbülfəz də yas mərasiminə baş çəkib.

Axşam saat 19 radələrində sovet hərbçilərinin PDM-lərlə Neftçala şəhərində qırğınlar törətdiyini eşidir. O da hadisə yerinə yollanır. Azğınlaşmış hərbçilərin əliyalın, dinc sakinlərə divan tutduğunu görən Əbülfəz bu vəhşiliyə dözə bilmir, qana bulaşmış dinc insanların xilasına can atır.

"Tibb məntəqəsinə girən kimi görür həmyerlilərindən biri yaralıdır, qalıb yerdə. Yaralını sürüyə-sürüyə şam ağacının altına gətirir. Yenidən məntəqəyə qayıdır. Bu zaman sovet hərbçiləri məntəqəni mühasirəyə alır. Buna baxmayaraq, qardaşım məntəqənin arxa şüşəsini sındırır, adamların oradan çıxmasına kömək edir. Sən demə, arxadan qaçanları hərbçilər avtomatın qundağı ilə vurub maşına atırlarmış", - M.Cəfərov həmin günləri kədərlə xatırlayır.

Şəhidin qardaşının sözlərinə görə, Əbülfəz Cəfərovun həmyerlilərinə kömək etdiyini görən hərbçilər onu odlu silahdan açılan atəşlə yaralayıb, qol-qabırğasını sındıraraq avtomobilə atırlar.

Hərbçilər maşına doldurduqları 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparır. Ə.Cəfərova və yanındakılara qarşı vəhşilik orda da davam etdirilir.

"Qardaşımgili hamama aparandan sonra qəsəbədə səsləri eşidilməsin deyə, PDM-ləri işlək vəziyyətinə gətirir, onlara insanlığa sığmayan işgəncə verirlər. Əbülfəz nişanlı idi. Qardaşımın nişan üzüyünü görən hərbçilərdən biri süngü ilə onun barmağını kəsərək üzüyü çıxarıb. Sonra yaxın məsafədən ona avtomatdan daha 6 dəfə atəş açır. 13 güllə yarası alan Əbülfəz şəhid olur", - Müşfiq Cəfərov kədərli halda danışır.

Qeyd edək ki, Yanvar hadisələri zamanı gecə saatlarında Neftçalada 26 yaşlı Əbülfəz Cəfərovla yanaşı, Nurəddin Ağahüseynov, Şəmsəddin Orucov da şəhidlik zirvəsinə ucalıb, daha 9 nəfər isə əlil olub.
Şəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTOŞəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTOŞəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTOŞəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTOŞəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTOŞəhidin qardaşı: "Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1616   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr