Bu avtomobilləri dövlətə təhvil verməklə PUL ALA BİLƏCƏKSİNİZ

Bu avtomobilləri dövlətə təhvil verməklə PUL ALA BİLƏCƏKSİNİZAzərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni zamanda yollarda xeyli sayda istismar müddətini başa vurmuş maşınları görmək mümkündür.

BAKU.WS xəbər verir ki, bu avtomobillərin bir çox fəsadları var.

Ekoloq İslam Mustafayev aztv-yə bildirib ki, Azərbaycanda havanın çirklənməsində avtomobil, nəqliyyat sektorunun payı 80 faizdən çoxdur: "Mühüm məsələ budur ki, avtomobillərin normal istismar müddəti bitib. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidlərin və digər qazların sürətli və böyük həcmdə buxarılması ilə nəticələnir".

Sözügedən avtomobillərin ekoloji vəziyyətə göstərdiyi mənfi təsir getdikcə artmaqdadır. Bundan əlavə ölkədə yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəzərə alsaq ki, köhnə maşınları qadağan etmək mümkün deyil, problemin həlli yolları maraqla gözlənilir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub: "Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəzaların başvermə riskini artırır".

Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya zərər vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar.

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq BAKU.WS Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib.
Bu avtomobilləri dövlətə təhvil verməklə PUL ALA BİLƏCƏKSİNİZNazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:

"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.

Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3067   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr