Qanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTO

Qanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTO"Qardaşım məndən iki yaş balaca idi. Əfqanıstanda hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda tikinti təşkilatlarından birində işə düzəlmişdi. Yasamal rayonundakı 2 saylı tibb məktəbinin yataqxanasının təmirində çalışırdı. Hər axşam yoldaşları ilə Salyan kazarmasının yanına yığışır, rus imperiyasına qarşı barışmaz mövqelərini bildirirdilər".

Bu sözləri qanlı 20 Yanvar faciəsinin 131 qurbanından biri olan qubalı Elçin Qeybullayevin qardaşı İlqar Qeybullayev Bizim.media-ya söyləyib.

İlqar Qeybullayev danışır ki, qardaşı faciə günü də gecə saat 11-də Əhmədlidən, o vaxt XI Qızıl Ordunun adını daşıyan metronun yanına gəlmişdi:

"Biz yataqxanada bir yerdə qalırdıq. Həmin gün mən də Prezident Aparatının yanında olan kütlənin içərisində idim. Elçin ora çatanda artıq rus tankları şəhərə daxil olmuşdu və o da özünü tankların qarşısına atan izdihamın içində idi. Həmin gecə Elçin aldığı güllə yarasından elə oradaca şəhid olmuşdu.

Mən onu bir çox xəstəxanalarda axtardım, təkrarən "Semaşko"ya baxanda Elçinin meyitini tapdım. Güllə sol tərəfindən dəymişdi, meyitin güllə dəymiş hissəsi açıq idi, bədəninin digər yerlərində isə paltarı əynində idi. Biz Elçini morqdan götürüb Qubaya gətirdik və doğulduğumuz Küçeyi kənd qəbiristanlığında dəfn etdik".

İlqar deyir ki, Elçin şəhid olanda 21 yaşı təzəcə tamam olmuşdu, arzuları isə çox idi, ali təhsil almaq istəyirdi:

"İdmanın karate növü ilə məşğul olurdu, imtahanlara hazırlaşırdı. O qədər parlaq şeylərdən danışırdı ki, mən ona heyranlıqla qulaq asırdım. Həyat dolu bir insan idi".

Qubanın Küçeyi kəndində yaşayan Qeybullayevlər ailəsi çoxuşaqlı ailə olub. Elçin 5 oğul,3 qız olan ailənin 5 oğlundan dördüncüsü olub.

Ailənin 5 qardaşdan sonra böyük qızı olan Sevingül Allahverdiyeva da qardaşı barədə həsrət və kədərlə danışır:

"Elçin şəhid olanda 14 yaşım vardı, 6-cı sinifdə oxuyurdum. Elçin bizi yoluxmağa gəlmişdi Bakıdan, gedəndə məndən soruşdu ki, nə istəyirsən, gələn dəfə alım gətirim? Mən də saç üçün ağ bant istədim. Amma bu Elçinlə son görüşümüz oldu. Evimizə Elçinin mənə alacağı ağ bant əvəzinə qərənfillərlə əhatələnmiş qara tabutu gəldi".

Sevingül Elçinin Əfqanıstan müharibəsində iki güllə yarası aldığını deyərək onun çox vətənpərvər və mərd oğlan olduğunu da açıqlayıb.

Elçin Qeybullayevin Qubada yaşayan kiçik bacısı Samirə Şirinova isə deyir ki, Elçin şəhid olanda 9 yaşı olub, o, Bakıda işlədiyindən və əsgərlikdə olduğundan az yadına gəlir. Deyir ki, 20 yanvar günü kənddə toy olub:

"Anam toyda eşitmişdi ki, Bakıda bu gecə qırğın olub, gəncləri qırıb töküblər. Anamın ürəyinə elə orada dammışdı ki, Elçin də mütləq o odun-alovun içində olacaq. Çünki xasiyyətinə bələd idi. Ana ürəyinə daman həqiqətən düz çıxır.

Anam toydan yarımçıq qayıtdı və narahat idi. Axşam qardaşım İlqar gəlib deyəndə ki, Elçin yoxdur, anam elə bərk qışqırdı ki, bütün qonşular səsinə həyətimizə yığışdı. Anamın qışqırtısı indi də qulağımdan getmir.

Qardaşım İlqar xəstəxanada eşitmişdi ki, yanvarın 19-dan 20-ə keçən gecə şəhid olan Elçin adlı gənc yaralananda öz qanı ilə yerə "Elçin" adını yazmışdı və zəhərli güllənin deşdiyi sol qarın boşluğundan axan qan onu şəhid etmişdi".

Qubanın Küçeyi kənd məzarlığında uyuyan Elçin Qeybullayev yaşasaydı indi 55 yaşı olacaqdı. İndi 2 qardaşı, valideynləri də bu qəbiristanlıqda onunla birlikdədir.

20 Yanvar hadisələrində Qubadan Elçin Qeybullayevdən başqa taksi sürücüsü Raqib Hüseynov da şəhid olub. Qara yanvarda 3 Quba sakini isə ağır yaralanaraq əlil olub.
Qanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTOQanı ilə adını asfalta yazan 20 YANVAR ŞƏHİDİ - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1048   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr