"20 yanvar faciəsi insanlığa qarşı törədilən qanlı terror aktıdır"- DEPUTAT

"20 yanvar faciəsi insanlığa qarşı törədilən qanlı terror aktıdır"- DEPUTAT"20 Yanvar faciəsi tək Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən qanlı terror aktıdır".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, xalqımızı qorxutmaq və müstəqillik istəyindən döndərmək məqsədi ilə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlaması nəticəsində 146 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun bu əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə vardı. Əli günahsız insanların qanına bulaşmış SSRİ rəhbərliyinin bu xain planı nəyinki xalqımızı qorxutmadı, əksinə müstəqillik arzusunu daha da gücləndirdi. 20 yanvar hadisələrindən sonra xalqımız həmrəy olaraq birdəfəlik cinayətkar imperiyaya "yox" dedi". Xalqımızda olan birlik 30 ildən sonra bizə böyük zəfəri qazandırdı".

Deputat vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən bu terror aktını ilk dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu:

"Ulu öndər Heydər Əliyev qanlı qırğının səhəri gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək insanlığa qarşı törədilən bu qanlı cinayətlə bağlı bəyanat verdi. O dövrdə bu cür addım atmaq üçün böyük cəsarət tələb olunurdur. Ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq imperiyanın paytaxtında dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında Sovet ordusu, bu cinayət planın cızan Mixail Qorbaçovu ittiham etdi. Ulu öndərin bu addımı xalqımızı daha da ruhlandıraraq, azadlıq eşqini daha da artırdı. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanını ziyarət edərək qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməsini və burada memorial kompleks ucaldılması tapşırığını verdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. 33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. İllər keçsə də müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrundan canından keçmiş şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaqdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1106   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr