Vasif Talıbov insult keçirdi, xəstəxanadan imtina etdi
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində növbəti dəfə problem yaranıb. Naxçıvan "xan"ının sağlıq durumu kəskin pisləşdiyi üçün Bakıdan gedən tanınmış həkimin müdaxiləsinə ehtiyac yaranıb.
Yenisabah.az xatırladır ki, vəzifədən istefa verdiyi ötən 40 gün ərzində Vasif Talıbov üçüncü dəfə tibbi yardım almaq məcburiyyətində qalıb. Onun səhhətinin pisləşməsi son vaxtlar xarakterik hal almağa başlayıb.
Yaxın qohumlarından biri "Yeni Sabah"a bildirib ki, sabiq Ali Məclis Sədrinin hazırkı durumu heç də ürəkaçan deyil. O, son vaxtlar evinə qapanan və ətraf aləmdən tamamilə təcrid olunan Naxçıvan "xan"ının üç gün əvvəl insult keçirdiyini bildirib.
Mənbə sabiq Məclis sədrinin ev şəraitində müalicə olunmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, V.Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə etibar etmir. O, MR-də keyfiyyətli tibbi yardım alacağına inanmır.
Qohumunun dediyinə görə, Talıbovun ev şəraitində müalicə olunmasının başqa bir səbəbi isə dilə-dişə düşməməkdir. V.Talıbov hesab edir ki, Naxçıvanda, yaxud Bakıdakı tibb müəssisələrinin birinə yerləşdirilsə, bu faktı ictimaiyyətdən gizlətmək mümkün olmayacaq. Yəni o, tibbi personalın mediaya məlumat sızdırmasından ehtiyatlanır. Buna görə də keyfiyyətli tibbi yardım ala biləcəyi bütün klinikaların xidmətindən könüllü imtina edib.
Yaxın qohumu onu da bildirib ki, hazırda Vasif Talıbov üçün ən optimal variant qonşu İran və Türkiyədə müalicə olunmaqdır. Adının İran kəşfiyyatı ilə hallanması Talıbovun bu ölkəyə getməsini mümkünsüz edib. Keçmiş rəhbərin Türkiyədə müayinə və müalicə olunmaq arzusu isə baş tutmayıb. Ona ölkəni tərk etməyi məsləhət görməyiblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1346 Tarix: 20 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabr