"20 Yanvar Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı" - Kamilə Əliyeva

"20 Yanvar Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı" - Kamilə Əliyeva"Müstəqil dövlət qurmaq, azad yaşamaq uğrunda qurbanlar, şəhidlər verdik,ancaq müstəmləkəyə, köləliyə boyun əymədik. 1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a 20 Yanvar qırğınının ildönümü ilə bağlı açıqlamasında deyib.
O həmçinin qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu:
Xalqımız tarix boyu 40 il müstəmləkə altında yaşamaqdansa bir gün müstəqil, azad yaşamağı üstün tutub. 70 il Sovetlər İttifaqının tərkibində olan vaxt xalqımız hər zaman müstəqil, azad dövlət qurmaq uğrunda mübarizə aparıb. Xalqımız bu müqəddəs amal uğrunda həmişə bir olub, mübarizə aparıb. Müstəqil dövlət qurmaq, azad yaşamaq uğrunda qurbanlar, şəhidlər verdik,ancaq müstəmləkəyə, köləliyə boyun əymədik. 1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olanlar xalqın maraqlarına zidd hərəkətlərə yol verdiyinə və köləlik siyasəti yeritdiklərinə görə onların istefasını tələb edən, eləcə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etdiyinə görə o zamanki SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbiçiləri Bakıya və respublikamızın digər rayonlarına yeridildi. Fövqəladə Vəziyyət elan edilməsi barədə xalqa xəbərdarlıq edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə Vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə Vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə Vəziyyətin elan olunmadığı Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali öldürüldü. Azərbaycana göndərilən müdafiə nazirliyinin tərkibindəki hərbiçilərin əksəriyyəti erməni əsgər və zabitlərdən təşkil olunmuşdur. Hərbiçilər Bakını zəbt etmək məqsədilə yanvarın 19-u saat 21:00 radələrindən müxtəlif istiqamətlərdən ağır hərbi texnikaları şəhər üzərinə yeritdi. Bu əməliyyatlar SSRİ Müdafiə Naziri Dmitri Yazov, SSRİ Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK sədr müavini Filip Bobkov tərəfindən həyata keçirilmişdir. Yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.
Dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən Sovet Ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, qətlə yetirməklə əslində SSRİ rəhbərliyinin də, onun ordusunun da qatil olduqlarını sübuta yetirmiş oldular. Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 yanvar qətliamı dünyanın ən qatı cinayətlərindən biri idi.
Dəhşətli faktlardan biri də o oldu ki, 1990-ci ilin 20 iyul tarixində SSRİ Baş Prokurorluğu hərbiçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.
Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi bu qırğınların qarşısının alınmasında heç bir tədbir görmədilər. O vaxtkı bəzi rəhbər şəxslər xalqa ekstremist damğası vurmaqdan belə çəkinmədilər.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan ulu öndər Heydər Əliyev övladı İlham Əliyev ilə birlikdə 1990-ci il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarının kim olduğunu dünya ictimaiyyətinə çatdırdı və onları ittiham etdi. Ulu öndər Heydər Əliyev Bakıya qoşun yeridən SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-ci il tarixli qərar qəbul etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu il mart ayının 29-da Milli Məclisdə "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" Qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən Prezident cənab İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Prezident cənab İlham Əliyevin 19.01.2006-ci il tarixli "20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüd təsis edilmişdir. Ölkə başçımızın fərmanlarına əsasən bu təqaüdlərin miqdarı mütəmadi olaraq artırılır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən 20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata çatdırılmışdır.
Azərbaycan dövləti və xalqı Azərbaycanın azadlığı uğrunda öz canını qurban etmiş insanları heç vaxt unutmayacaq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr