Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə GƏLDİ
Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 21-də Azərbaycanla sərhəddəki yanğın baş vermiş hərbi hissəyə gedib.
Sonxeber.az Manset.az-a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Papikyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan və digər yüksək rütbəli hərbçilər müşayiət edib.
Qeyd olunur ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Aşot Zakaryan müdafiə nazirinə insidentlə bağlı bəzi təfərrüatları təqdim edib.
Müdafiə naziri analoji halların tamamilə istisna edilməsi üçün məsul idarə rəislərinə yanğın təhlükəsizliyi qaydalarına ciddi diqqət yetirməyi tapşırıb.
Xatırladaq ki, yanvarın 19-na keçən gecə Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən Qeqarkunik rayonunun Azat kəndindəki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, 3-ü ağır xəsarət alıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3415 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr