Vasif Talıbov daha bir biznes strukturunu itirdi - Səhmdarlar kimdir? - FOTO

Vasif Talıbov daha bir biznes strukturunu itirdi - Səhmdarlar kimdir? - FOTONaxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verdikdən sonra biznes strukturlarını da itirməkdə davam edir.

"Qaynarinfo" xəbər verir ki, "xan"a məxsus ən iri biznes subyektlərindən biri olan "Gəmiqaya Holdinq" onun əlindən çıxandan sonra "Naxçıvanbank" ASC-ni də itirib.

"Naxçıvanbank" ASC 2008-ci ildə yaradılıb. Bankın səhmdarları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. ASC-nin rəsmi veb-səhifəsində "Səhmdarlar" bölümündə bankın səhmdarlarının 4 fiziki şəxs olduğu qeyd edilib. Lakin onların adları açıqlanmır.

Bankın illik maliyyə hesabatlarında da səhmdarlar haqqında heç bir məlumat yoxdur. Baxmayaraq ki, bank hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib olunduğunu iddia edir. Bu hesabatın tələblərinə görə isə, şirkətin əsas səhmdarlarının adları və payları, eləcə də ona son nəzarət edən tərəfin adı açıqlanmalıdır.

Əldə etdiyimiz məlumatlara görə, bankın səhmdarlarından 3-ü Vasif Talıbovun yaxın ətrafına daxildir. Onlardan biri keçmiş sədrin qızı Baharxanım Talıbovadır ki, o, bankın Müşahidə Şurasının üzvü olub. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova da "Naxçıvanbank"ın Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

İkinci şəxs Müşahidə Şurasının digər üzvü Rifat Mahmudovdur. İddialara görə, o da bankın səhmdarlarından biridir.

Rıfat Mahmudov Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun qardaşıdır. O, bu posta 2018-ci ildə təyin olunub.
Vasif Talıbov daha bir biznes strukturunu itirdi - Səhmdarlar kimdir? - FOTORifat Mahmudov

Sədərək Gömrük İdarəsi Vasif Talıbov üçün kifayət qədər əhəmiyyətli postdur. Həmin posta onun yaxın ətrafına daxil olmayan kiminsə təyin edilməsi sadəcə mümkün deyil. Vasif Talıbov uzun illər bu idarəyə nəzarət uğrunda mübarizə aparıb. Mediada da bu barədə kifayət qədər məlumatlar yer alıb.

Bundan başqa, Rıfat Mahmudov haqqında məlumatlarda onun Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi olduğu, eyni zamanda Talıbovların biznes strukturlarından olan "Nəqşicahan" şirkətində çalışdığı qeyd edilib. Bu faktlar onun Talıbovlara kifayət qədər yaxın şəxs olduğu barədə ehtimalları artırır.
Vasif Talıbov daha bir biznes strukturunu itirdi - Səhmdarlar kimdir? - FOTOƏsədulla İsgəndərov

Məlumatlarda "Naxçıvanbank" ASC-nin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərovun da bankın səhmdarlarından olduğu bildirilir. Bu şəxs də Vasif Talıbova yaxın olduğuna görə Müşahidə Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Beləliklə, Vasif Talıbov faktiki olaraq bu 3 şəxsin hesabına bankda əhəmiyyətli paya sahib olub. Adıçəkilən şəxslərin "Naxçıvanbank" ASC-nin rəhbərliyindən uzaqlaşdırılması isə Vasif Talıbovun artıq bankı itirdiyini deməyə əsas verir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2010   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr