Vasif Talıbovun oğlu 15 yaşında BDU-ya necə qəbul olunub? - RƏSMİ AÇIQLAMA
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.
BAKU.WS xəbər verir ki, pravda.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:
"Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub".
DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib:
"İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər..."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva