"Ermənistan tərəfindən soydaşımızın didərgin salınması fonunda biz UNFPA-nın "qətiyyətlə" susduğun şahidi olduq" - DEPUTAT

"Ermənistan tərəfindən soydaşımızın didərgin salınması fonunda biz UNFPA-nın "qətiyyətlə" susduğun şahidi olduq" - DEPUTAT"BMT-nin Əhali Fondu, özünün bəyan etdiyinə görə, hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşa biləcəyi dünyaya nail olmaq üçün çalışan aparıcı təşkilatdır.1969-cu ildən fəaliyyət göstərən UNFPA missiya götürüb ki, hər bir insanın sağlam həyat və bərabər imkanlar hüququnu qoruyaraq, ölkələrə yoxsulluqla mübarizə aparmaq, gəncləri QİÇS/HİV-dən, qadınları ayrı-seçkilikdən qorumağı hədəfləyən siyasət və proqramları istiqamətləndirmək üçün ölkələrə əhali məlumatlarından istifadə etməyə kömək etsin.Lakin 1988-89-cu illərdə Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycandan 300 mindən artıq soydaşımızın bütün təməl hüquqları pozularaq didərgin salınması fonunda biz UNFPA-nın "qətiyyətlə" susduğunun şahidi olduq.
1991-1993-cü illərdə Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə bir milyona yaxın azərbaycanlının soyqırım və təcavüzə məruz qalması, təbii hüquqları başda olmaqla, çoxsaylı hüquq və azadlıqlarının aşkar formada pozulması fonunda UNFPA eyni "qətiyyəti" qorudu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hər bir insanın sağlam həyat və bərabər imkanlar hüququnu qorumağı" "hədəfləyən" təşkilat qışın soyuğunda çadırlarda, yayın qızmarında isə dəmir vaqonlarda xəstə düşən, tələf olan minlərlə uşağın, qadının, qocanın haqqını arayan bircə cümlə də işlətməməklə Ermənistanın müharibə cinayətlərinə ortaq oldu.

"Missiyasında "hər bir doğuşun təhlükəsiz keçməsi" ndən dəm vuran UNFPA Xocalıda 63 azyaşlı uşağın, 106 nəfər qadının xüsusi amansızlıqla qətlini, Vətən müharibəsində isə Gəncə, Bərdə və Tərtərdə dinc sakinlərin hədəfə alınmasını görməzdən gəldi.Hər bir insanın "bərabər imkanlar hüququ" ndan bəhs edən BMT Əhali Fondu Azərbaycanda 30 mindən artıq erməni əsilli vətəndaşın bərabərhüquqlu, sərbəst və rahat formada yaşamasını bir dəfə də olsun müsbət təcrübə kimi vurğulamadı. Beləliklə, illərlə birbaşa cavabdeh olduğu problemlər üzrə ortaya mövqe qoymayan UNFPA indi birdən-birə Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı, araşdırma aparmadan, Ermənistan və Fransa mənbələrinə istinad edərək qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanat yayır. UNFPA humanitar məqsədlərlə pərdələnərək siyasi sifariş yerinə yetirməklə yerli əhalidən sipər kimi istifadə edən Ermənistandan və Xankəndidəki separatçı rejimdən heç bir fərqinin olmadığını nümayiş etdirdi. BMT-nin Əhali Fondunun bu davranışı BMT-nin özünün artıq çürük və müasir tələblərə cavab verməyən oyuncaq struktura çevrildiyini, təşkilatda islahatların həyata keçirilməsi ilə bağlı tələblərin isə nə qədər haqlı olduğunu göstərir. Bu mənada lobbi məqsədlərinin əsirinə çevrilmiş, xüsusi missiyalar üçün sifariş yerinə yetirən mütəşəkkil dəstə kimi davranan BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti ciddi təftiş olunmalı, strateji məlumatlara çıxış imkanlarından hansısa çirkin məqsədlər, o cümlədən xarici ölkələrin kəşfiyyat xarakterli niyyətləri naminə istifadə edilib-edilməməsi ciddi formada araşdırılmalıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1809   Tarix: 26 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr