Rusiya İranda hərbi obyektə hücumu pisləyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın İsfahan şəhərində hərbi obyektə hücumu pisləyib.
Sonxeber.az xəbər verir ki, Zaxarova İranın İsfahan şəhərindəki hərbi obyektə hücumla bağlı yazılı açıqlama verib.
"Biz regionda gərginliyin artmasına səbəb ola biləcək istənilən təxribatçı hərəkəti qətiyyətlə pisləyirik. Bu cür hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu təşkil edənlər, onların havadarları və İranı zəiflətmək ümidi ilə öyünənlər bunu başa düşməlidirlər",- deyə Zaxarova bildirib.
Qeyd edək ki, İranın dövlət televiziyası ötən gecə İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini açıqlayıb.
İran Müdafiə Nazirliyi də İsfahandakı hərbi obyektin mikro pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını bildirib.
İran Məclisinin İsfahan müavini Hüseyn Mirzay İsfahan şəhəri üzərində səmada görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.
"Wall Street Journal" qəzeti də İranın müdafiə obyektinə hücumu İsrailin İHA-larla həyata keçirdiyini yazıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb