Polis idarəsinə 100 dəfə şikayətə getdi, həbs olundu - FOTO
Bakıda 100 dəfəyə yaxın polis idarəsinə gedərək iş rejimini pozan qadın həbs edilib.
"Qafqazinfo"nun məlumatına görə, 42 yaşlı İsmayıllı sakini Kəmalə Raufzadə (ad-soyad şərtidir) dekabrın 21-dən etibarən Bakıda 100 dəfəyə yaxın Metropolitendə Polis İdarəsinə gedib.
İttihama əsasən, o, polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə onların iş rejimini pozub, söyüş söyüb. Ondan bu hərəkətlərinə son qoymasını tələb edən polisin tələblərinə tabe olmayıb. Daha sonra onun barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Metropolitendə Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi məhkəmədə bildirib ki, K.Raufzadə qeyd edilən tarixlərdə polis idarəsinin inzibati binasında, onun giriş hissəsində ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edib:
"Həmin xanım yaxın bir neçə ay ərzində 100 dəfəyə yaxın idarəyə gəlib. Əksər hallarda səbəbsiz yerə növbətçi hissədə olan polis əməkdaşlarına, dəhlizdə rastlaşdığı polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib".
K.Raufzadə isə məhkəmədə deyib ki, o, polis idarəsinə şikayət etmək üçün tez-tez gedib:
"Bir müddət əvvəl baş vermiş cinayətlə bağlı idarəyə müraciətim olmuşdu. Lakin məni qəbul etmirdilər, hər dəfə növbəti gün gəlməyimi deyirdilər. Daha sonra polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qaldım. Bu barədə Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Polis idarəsinə təxminən 60-70 dəfə getmişəm. Məqsədim oradakı rəhbər şəxslərlə görüşüb bəzi şəxslərin "axırına çıxmaq" idi. İş üzrə sənədlər qəsdən mənim əleyhimə tərtib edilib. Özümü təqsirli bilmirəm".
Yasamal Rayon Məhkəməsi iddia olunan tarixlər üzrə polis idarəsinin kamera görüntülərini araşdırıb. Həmin qadının polislərlə mübahisə edərək idarənin iş rejimini pozduğu sübuta yetirilib. K.Raufzadə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1454 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021