Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva növbəti paylaşımıyla diqqət çəkib.
BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsində aşpaz Metin Kadık ilə birlikdə hazırladığı "Sevgi. Şəkərsiz, amma şirin" kitabından "Avokado piroqu" reseptini bölüşüb.
Hazırlamaq istəyənlər üçün həmin resepti təqdim edirik:
Avokado piroqu
Hazırlama vaxtı:
20 dəqiqə
Porsiyaların sayı:
12 ədəd
Enerji dəyəri (bir porsiya üçün)
Kkal: 245
Yağ: 14,4 q
Karbohidrat: 7,5 q
Protein: 3,8 q
Təbii şəkər: 8,1 q
Lazım olanlar:
İçi üçün:
240 q qovurulmuş keşyu
70 q quru kokos tozu
80 q xurma
5 q vanil ekstraktı
30 q laym suyu
10 q kokos şəkəri
1 q duz
1 q stevia tozu
Üstü üçün:
450 q avokado
50 q laym
7 q sürtgəcdən keçirilmiş laym qabığı
70 q aqava şirəsi
5 q vanil ekstraktı
Hazırlanması:
1-ci addım: Mətbəx kombaynına keşyu, tumlarını çıxardığınız xurmaları, quru kokos tozunu, kokos şəkərini, stevia tozunu, vanil ekstraktını və duzu əlavə edərək ehmallıca qarışdırın. Bişirmədən hazırladığınız bu təamın yetərincə bərk olması vacibdir. Qarışımı yağlı kağıza bərabər şəkildə yayın.
2-ci addım: Piroqun üstü üçün nəzərdə tutduğunuz avokadonu bir qabda əzin. Laym qabığını, laym suyunu, aqava şirəsini və vanil ekstraktını əlavə edin. Bütün bu inqrediyentləri yaxşıca qarışdırın.
3-cü addım: Avokado əzməsini piroqun üzərinə yayın.
4-cü addım: Piroqu soyuducuda saxlayın. Süfrəyə gətirməzdən 15 dəqiqə öncə soyuducudan çıxarın və bərabər hissələrə bölüb qaba düzün.
Qeyd edək ki, "Sevgi. Şəkərsiz, amma şirin" adlı kitabın təqdimatı dekabrın 28-də Bakı Kitab Mərkəzində baş tutub. Leyla Əliyeva və Metin Kadıkın müəllifi olduqları bu kitabda yer alan xeyirli və ləzzətli təamlar qonaqlara təqdim olunub. Bu reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalar ilə müşayiət olunub. Kitab Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə "Şərq-Qərb" nəşriyyatında çap olunub. Musiqili-poeziya gecəsində həmçinin "Söz" ədəbi layihəsinin iştirakçıları gənc pianoçuların müşayiəti ilə öz şeirlərini ifa ediblər.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6457 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021