Azərbaycan Gəncləri Günü münasibətilə Şuşada tədbir keçirilib - FOTOLAR
Yanvarın 31-də Şuşa şəhərində "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş "Könlüm Şuşada 2023" adlı tədbir həyata keçirilib.
Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən "Gənclər Həftəsi" çərçivəsində baş tutan tədbirdə ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.
Xatırladaq ki, Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə sözügedən aksiyanı artıq 51 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.
Gənc könüllülər və könüllü təşkilatları rəhbərlərinin iştirakı ilə təşkil edilən tədbirdə, daha sonra "Qarabağ" hotelində təşkil edilən "Könlüm Şuşada 2023" adlı tədbirin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi nümayəndələrin çıxışları ilə davam edən tədbirdə, Azərbaycan könüllülərinin aktiv iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib və bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, əldə etdikləri təcrübələr barədə danışıblar.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1048 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021