Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdıMərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun onkoloji xəstəliklə mübarizə apardığı yoldan danışıb.

Axşam.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.

"İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, "sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar" dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı. Akademik Cəmil Əliyev şəxsən özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üzçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu əməliyyat oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi.

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər...

4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi "Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nədə ki, bir gün gec ölərlər"

Və artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. Hətta Ulu Öndər Heydər Əliyev "Əməkdar artist" adına layiq görmüşdü.

Və əlbəttə ki, Dilarə (Əməkdar artist Dilarə Əliyeva - red.) onunla işləməyə başladılar və həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm.

Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla adlarını çəkdiyim hər kəsdən Allah razı olsun" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2401   Tarix: 02 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29 sentyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27 sentyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr