Məşhur aktyorun oğlu olan "Əqrəb mövsümü"nün Vaqifi əslində kimdir? - FOTO/VİDEO
İTV kanalında yayımlanan "Əqrəb mövsümü" serialı son zamanlar sosial şəbəkələrin və mətbuatın ən çox müzakirə edilən mövzusuna çevrilib. Senari baxımından diqqət mərkəzində olan ekran işi obrazları ilə də bir o qədər ajiotaj yaradıb. Serialda daha çox maraq doğuran personaj isə Vaqif obrazıdır. Görəsən bu qədər marağa səbəb olan "Əqrəb mövsümü"nün Vaqifi əslində kimdir?
BAKU.WS saytı Manaf Dadaşov haqqında maraqlı faktları təqdim edir:
Manaf Məcid oğlu Dadaşov noyabrın 21-də 1981-ci ildə Bakıda anadan olub. Onun qohumlarının çoxu incəsənət sahəsində çalışdığından o da bu sahəyə meyillənir. Dadaşovun atası mərhum Məcid Dadaşov tanınmış aktyor olub. O, "Bir cənub şəhəri" də daxil olmaqla bir neçə ekran işində rol alıb.
Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Atabala Səfərov, Ramiz Məmmədov, Səmayə Sadıqova da aktyorun yaxın qohumlarıdır.
Aktyorluq sənətində Manaf Dadaşova ən çox stimul verən onun yaxın dostu Anar Heybətov olur.
O, 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2006-cı universitetin "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisasını fərqlənmə diplomu ilə bitirir. Dadaşov rejissorluq üzrə təhsil alsa da, rejissor kimi fəaliyyət göstərmək iddiasında olmur.
Manaf Dadaşov 2002-ci ilin oktyabrında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayır. Ona bu tetarda işləməyi mərhum Xalq artisti Ramiz Məmmədov məsləhət görür.
İlk rolu isə rejissoru Nicat Kazımov olan "Ələddinin sehrli çırağı" tamaşasında Carçı obrazı olur. Əməkdar artistin aktyor üzərində böyük əməyi olub desək yanlmariq. O Nicat Kazımovun "Xeyir və Şər", "Ana qaz", "Çəkməli pişik" kimi tamaşalarında müxtəlif rollar ifa edib.
Daim aktyorluq sənətinin axtarışında olan Dadaşov tamaşaçıların ürəyini fəth etmək üçün bu sənətin daha vacib sirlərinə yiyələnir. Bu səbəblə də o bir çox xarici ölkələrdə qastrol səfərlərində olur, çoxsaylı film və seriallara çəkilir. Manaf Dadaşov "Russkiy perevod", "Sirr", "Həkimlər", "Bir ovuc torpaq", "Qarabağnamə" kimi seriallarda müxtəlif rollarda çıxış edir.
Aktyor "Yol yoldaşları", "Ana qaz", "Boyunbağı", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi" kimi tammetrajlı bədii filmlərdə bir-birindən fərqli obrazlar yaradıb.
O, müsahibələrindən birində simasının daha çox tarixi seriallara uyğun olduğunu və tarixi janrlı ekran əsərlərində çəkilməyi arzuladığını deyib.
Bir gün Manaf Dadaşova tarixi olmasa da, dram janrlı layihə olan "Əqrəb mövsümü"nə çəkilmə təklifi gəlir. Oradakı Vaqif obrazını canlandıran Dadaşov tez bir zamanda tamaşaçıları ekran başına toplayıb serialı daha da maraqla izləməyə sövq edir.
Manafın serialın 8-ci bölümündəki rəqsi isə səs-küyə səbəb olur. Tamaşaçılar bunu serialda yeganə uğurlu səhnə adlandırırlar.
Aktyor ailəlidir. O ötən ilin martında Seyidbacı adlı xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarından birində baş tutub. Məclisdə Manafın ailə üzvləri ilə yanaşı tanınmış sənət dostları da yer alıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva