"Azərbaycan Avropa üçün həm dost, həm də tərəfdaş ölkə olaraq çox mühüm strateji bir ölkəyə çevrilib"- DEPUTAT
Azərbaycanın uğurlu xarici siyasəti artıq Avropa ilə münasibətlərdə də özünü göstərir. Prezident İlham Əliyevin Macarıstan səfərində biz bunun bir daha şahidi olduq. Azərbaycan Avropa üçün həm dost, həm də tərəfdaş ölkə olaraq çox mühüm strateji bir ölkəyə çevrilib".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Prezidentin Macarıstana etdiyi rəsmi səfərdə bu ölkənin Azərbaycana olan münasibətindən hər şey məlum olur.
"Artıq Azərbaycanla təkcə Macarıstan yox, bir neçə Avropa ölkəsinin müxtəlif platformalarda tərəfdaşlıq fəaliyyəti mövcuddur. Əlbəttə, bunların ən əsası qaz resurslarıdır. Uzun illər Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Qeyd olunduğu kimi, bu çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Ancaq biz bundan sonra da qaz təchizatının daha çox olması üçün müəyyən işlər görəcəyik. Prezidentin Macarıstan səfərində qeyd olunduğu kimi ötən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, hətta ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da, siyasi iradə və tərəfdaşlarla təmaslar da mövcuddur. Bu gün dünyada enerji təhlükəsizliyi məsələsi çox aktual bir mövzudur. Bu baxımdan Azərbaycan sadiq və etibarlı tərəfdaş olaraq Avropanın diqqət mərkəzindədir. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Bütün bunlar isə illər öncə prezident lham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində yaranıb. Gələcəyə hesabanlanmış yaşıl enerji ilə bağlı da Azərbaycanda atılan addımlar tez bir zamanda bu sahədə də uğurlarımızın artacağından xəbər verir. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Ötən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Nəticədə Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcək. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın vacib tərəfdaş kimi rol alması bizim üçün daha geniş imkanlar yaradacaq".
AYSEL YUSİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 909 Tarix: 02 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021