"Məni heç kim əvəz edə bilməz"
Müğənni Elçin Cəfərov uzun müddət sonra yeni klipini təqdim edib.
OLAY yazır ki, sənətçi bu münasibətlə jurnalistləri və yaxın dostlarını ətrafına toplayaraq görüş keçirib. İfaçı Türkiyədə ekranlaşdırılan "Qara uzun saçlar" adlı yeni mahnısından danışıb.
Həmçinin, Elçin həmişəlik İstanbula köçməsi haqda söz-söhbətlərə də aydınlıq gətirib:
"Həyatın axarına qoşulub gedirəm. Amma o axarda da özümə cığırlar axtarıb tapıram. Məndə belə olur. Yəni bir müddət efirdə olmuram, sonra çıxıram... Hələ ki Bakıdan köçüb getməmişəm. Türkiyədə də, burada da yaşayıram".
Özünə yerli şou-biznesdə rəqib görmədiyini bildirən Cəfərov türk şou-biznesinə qoşulmağı düşündüyünü də söyləyib:
"Zamanında Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova Türkiyədə tanınıblar, müəyyən işlər görüblər, kliplər çəkdiriblər. Məqsəd Türkiyədə türk müğənnilərindən biri olmaq deyildi. İndi hazırda elədir ki, adicə bir mahnı instaqramda, yutubda paylaşırsan, bir də görürsən ki, dünyada haradasa bir yerdə səs salıb. İndi bu şeylər çətin deyil.
Addımlarımı düzgün atacam ki, onların etdiyi səhvləri təkrarlamayım. Təcrübə oldular. Qabaqcadan danışmaq istəmirəm, amma addımlarımı başqa cür atacam. Səhvlər olmasa, düz ortaya çıxmır. Mən hardasa 50 faiz səhvlərlə girəcəm işə... Türkcə mahnı hazırlamağı da düşünürəm, ümumiyyətlə, iddialıyam. Qabaqcadan danışmayım... Yaxşı işlər görmək lazımdır. İstər geyim, istər klipdə maddiyatı qətiyyən əsirgəməyəcəm".
Elçin fikirlərinə belə davam edib:
"Məni heç kim əvəz edə bilməz. Çünki hər insan bir cür yaradılıb, hərənin bir cür səs tembri, görünüşü var. Hələ, hələ məni heç kəs (gülür)".
Sənətçi klipdə tərəf müqabili ilə yaxın səhnələrinin çəkilməsini həyat yoldaşının qısqanmadığını deyib:
"Qısqanclıq olmayıb, bizdə belə bir şey yoxdur. Orada elə məqalar var idi ki, özüm dedim ki, xahiş edirəm, o qədər etməyək. Mənə bir nəfər gözəl bir söz dedi ki, bu sənin şəxsi həyatındır, digəri isə işin".
Müğənni indiki zamanda mahnılarda sözlərin musiqidən daha önəmli olduğunu bildirib:
"Melodiya bir az ikinci plana keçib. Söz daha öndədir. Bunu belə oxumaq asan olmadı. Çünki sən muğamı bitirmiş ifaçısan və belə şeyləri ifa etməyə məcbursan. Həmçinin bunu səmimi formada insanlara çatdırmalısan. Gözəl mahnılar yazıb ifa edirik, amma gənclər var. Onları qazanmaq lazımdır axı. Yoxsa bizimlə böyüyənlər elə bizimlə də rəhmətə gedəcəklər. Ona görə də gəncləri də nəzərə almaq lazımdır. Onlar ritmlər üzərində olan ifalara qulaq asıb daha çox sevirlər. Biz də bacardıq".
O, yeni mahnısının müğənni Hissin tərzinə bənzədilməsini isə zarafatyana cavablandırıb:
"Hissdən sonra bütün Azərbaycan musiqisi korlandı (gülür). Təbii ki, hər kəsdən nəsə öyrənmək olar. Hiss də gözəl ifaçıdır. Layiqli şəkildə də ifa edir mahnılarını".
Sonda oğlu Candan söz açan Cəfərov onu gələcəkdə müğənni olaraq görmədiyini də qeyd edib:
"Övladımın musiqi ilə əlaqəsi yoxdur, amma ritmi var. Hər hansı ritm getsin, əlini stola vurub o ritmlə rəqs edər. Amma onun oxuyan görünüşü də yoxdur. Mən başqaları üçün belə işlər çox görmüşəm - uşağın adına mahnılar yazılıb, klipdə iştirak edib falan. Öz uşağıma isə nə mahnı yazmışam, nə klip. Hələ ki ağlıma gələn belə bir şey yoxdur. Məqamını gözləyirəm".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı