"40 manata da arayış olar?" - ARAŞDIRMA

"40 manata da arayış olar?" - ARAŞDIRMAƏvvəllər sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış 30, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün qiymət 15 manat təşkil edirdi. Ötən ilin sonundan hər ikisi üçün dövlət rüsumu 40 manat 12 qəpik təyin edildi. Beləliklə, bu arayışı almaq üçün müraciət edənlər qiymətlə tanış olduqda "40 manata da arayış olar?" sualını verirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bildirilib ki, bugünlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızı da bu mövzuya toxunub:

"Sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq".

Həqiqətən də 40 manata da arayış olar? Bu qiymət nəyin əsasında təyin edilib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Ancaq sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.

Qeyd edildi ki, bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.

TƏBİB qeyd edir ki, hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur. Yəni arayış bizə 40 manatdan da yüksək məbləğə başa gələ bilər.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, sağlamlıq haqqında arayış ödənişli olmalı deyil:

"Ölkəmizdə ancaq dövlət səhiyyə müəssisələrinin verdiyi tibbi arayışlar rəsmi olaraq tanınır. Dövlət tibb müəssisələrində xidmət pulsuzdur. Bu məntiqlə dövlət müəssisələrində verilən tibbi arayışlar da tamamilə pulsuz olmalıdır. Həkimin arayış üçün yoxlamasını da icbari tibbi sığortaya oturtsaq, arayış üçün müayinə aparan həkimə də sığorta çərçivəsində müəyyən ödəniş edilə bilər".

İ.Hüseynli bildirdi ki, rüsumun 40 manat müəyyənləşdirilməsi də doğru olmayan yanaşmadır:

"Niyə 40 manat? Bunun heç bir iqtisadi və sosial əsası yoxdur. Bir ailənin 4 üzvünə arayış lazım olsa, get-gəl xərcini də hesablasan, bu, 200 manat xərc deməkdir".

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov çalışdığı ölkədə sağlamlıq haqqında arayış üçün pul ödənilmədiyini bildirir: "Sağlamlıq haqqında arayış lazımdırsa, ailə həkiminə müraciət edirlər, o da arayış verir. Bunun üçün hər hansı pul ödənmir. Ancaq onu da qeyd edim ki, Almaniyada icbari sığorta üçün ödənişlər çoxdur. Aylıq maaşın 18 faizini dövlət icbari tibbi sığorta üçün tutur. Düzdür, müəyyən həddən sonra maaşın artsa da, ödədiyin miqdar artmır. Ancaq ümumilikdə ödəniş daha çoxdur. 2-3 il işləyən həkim üçün haradasa 1000-1200 manat dövlətə pul ödənilir. Bu məbləğin yarısı işçinin özündən, yarısı da işəgötürəndən çıxılır".

İqtisadçı Rauf Qarayev deyir ki, tibbi arayışlar üçün ödənişin rəsmi olması yaxşı haldır, amma təyin edilən məbləğ heç də hər kəsin maddi durumuna uyğun deyil:

"Bir neçə il öncə arayış üçün hər hansı rüsum yox idi. Kimin nəyə gücü çatırdısa, poliklinikada həkimə verirdi, bu arayışı alırdı. Təbii ki, o ödənişlər qeyri-qanuni idi. Amma sonra bu rəsmiləşdi. Bu, yaxşı haldır. Tibbi arayışın pulsuz verilməsinin tərəfdarı deyiləm. Sadəcə, burda əhalinin qazancı nəzərə alınmalıdır. Axı hər kəsin qazancı eyni deyil. Elə ailə var ki, aztəminatlıdır. Onun tibbi arayışa bu qədər pul ödəməyə imkanı yoxdur. Kimdənsə borc almalıdır. Nəticə olaraq narazılıq yaranır. Məbləğ təyin edərkən aztəminatlı ailələr nəzərə alınmalı, kateqoriyalara uyğun qiymətlər təyin edilməli idi".

Millət vəkili Musa Quliyev də deyir ki, bu məsələdə diferensial yanaşma tətbiq olunsa, daha yaxşı olar: "Mən demirəm ki, bütün sağlamlıq haqqındakı arayışlar pulsuz olsun. Arayış elə-belə verilmir axı, müəyyən müayinələrdən keçirilir, bunun da xərci var. Məsələn, kimsə orta məktəbi bitirib universitetə sənəd verirsə, onun üçün sağlamlıq arayışı pulsuz olmalıdır. Amma kimsə sürücülük vəsiqəsi almaq üçün istəyirsə, bunu ödənişli edək. Burda da diferensial yanaşma olmalıdır. Arayış qiyməti 10 manat da ola bilər, 20 də, 80 də. Hansı müayinələrdən keçibsə, ona uyğun məbləğ təyin edilsin. Yoxsa tavandan bir rəqəm götürüb yazmağı doğru saymıram. Üstəlik, ödənişli arayış üçün müayinə xərclərinin yarısı TƏBİB, yaxud dövlət büdcəsindən qarşılansa, daha yaxşı olar. Gərək vətəndaşlarımızın sosial vəziyyətini ağırlaşdıran addımlara getməyək".

Yeri gəlmişkən, TƏBİB-dən o da bildirildi ki, arayışların verilməsi ilə bağlı gələcəkdə hansısa əhali kateqoriyası üçün güzəştlərin tətbiq edilməsi hazırda müzakirə edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1159   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr