Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTO

Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTO"2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq".

Bunu ötən gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, müraciətlər olanda mərkəzin əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, bir neçə ildir, reaksiya verən yoxdur.

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra sosial şəbəkələrdə sakinlər paylaşımlar edirlər. Bəziləri binaların keyfiyyətsiz materiallardan inşa edildiyini, bəziləri isə konstruksiyaya müdaxilə olunduğunu deyirlər. Sakinlər pula görə ustaların ucuz materiallara üz tutduqlarını, bu səbəbdən də binanın zəlzələdən tamam yararsız hala düşdüyünü qeyd ediblər.
Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTOHəyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTOHəyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTOHəyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTOBəs görəsən, Bakıda binalar inşa edilərkən Seysmoloji Xidmətə niyə müraciət edilmir? Paytaxt sakinlərinin təhlükəsizlik barədə qorxuları gerçəkləşə bilərmi? Binaların zəlzələyə davamlılığı üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən memar Muxtar Ərturanın sözlərinə görə, hər bir fərdi layihə üçün Seysmoloji Mərkəzə müraciət etməyə ehtiyac yoxdur:
Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTO"Bizim, əslində, Şəhərsalma və Tikinti Məcəlləmiz var. Məcəlləyə əsasən standartlaşdırma aparılır. İstənilən layihə hazırlanarkən onun konstruksiyası standartlara uyğunlaşdırılır. Orada bütün seysmoloji məsələlər nəzərə alınır. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapır".

Memar qeyd edib ki, standartlara uyğun layihə verilsə də, icrası zamanı nəzərəçarpacaq dərəcədə kobud nöqsanlar buraxılır:

"Problem Bakıda layihələr üzrə binalar tikilərkən standartlara riayət edilməməsidir. Bir sıra standartlara uyğun layihə verilib, təsdiq olunsa da, nəticədə icraçılar tərəfindən kobud nöqsanlar buraxılır. Yəni bina standartlara uyğun tikilmir".

M.Ərturan əlavə edib ki, Bakıda keyfiyyətsiz binaların sayı həddən çoxdur:

"Bakı şəhəri üçün binaların hündürlüyü sovet dönəmindəkinə uyğun olmalıdır. Səkkiz-doqquz mərtəbəni keçməməlidir. O vaxt elə idi. Sonradan qanunlarda dəyişiklik edildi. Mərtəbə sayını qaldırdılar. Bu da təhlükə yaradır.

Layihələr düzgün qaydada verilir. İcraçı armaturun, dəmirin, digər inşaat materiallarının keyfiyyətini aşağı salır. Bu da faciəli hadisələrə gətirib çıxarır. Azərbaycanda böyük maqnitudalı zəlzələ olsa, fəlakət qurbanlarının sayı Türkiyədən də çox olacaq. Çünki Bakıda keyfiyyətsiz binaların sayı həddən çoxdur".

Muxtar Ərturan Türkiyədə binaların yüngül konstruksiya ilə tikildiyini söyləyib:

"Türkiyədə baş verən hadisənin ən böyük səbəbi odur ki, onlar inşaat zamanı betona, armatura güc vermirlər. Binaları daha çox yüngül konstruksiyalarla tikməyə önəm verirlər. Tez tikib, satmağa çalışırlar. Dəmir-metal konstruksiyalı binalara böyük zərurət var. Belə binalar 7-8 bal gücündə olan zəlzələlərə dözümlüdür. Etmirlər burada. Həddən ziyadə böyük vəsait tələb edən layihədir. Bunu tətbiq etsələr, artıq əmlakın qiyməti qalxar".

Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı 2019-cu ildən bəri tikinti ilə bağlı normativ sənədlərdən seysmik rəyin çıxarıldığını bildirib:
Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri - FOTO"2019-cu ilə qədər müraciətlər olurdu. Lakin həmin ildən sonra bu məsələ qanunvericilikdən çıxarılıb: yaşayış binalarına rəy verilməsi götürülüb. Tikilən yeni binalarla bağlı bizim xidmət rəy vermir. MTK-lar bizə müraciət etmirlər. Məsuliyyəti tikinti şirkətləri özləri daşıyırlar".

V.Rafiqqızı əlavə edib ki, hər ərazinin öz relyefi, quruluşu var:

"Bakı şəhəri mürəkkəb quruluşa malikdir. Bir küçədə 8, digərində 7 ballıq zəlzələ təhlükəsi var. Həmin torpağın seysmikliyi qiymətləndirilməlidir ki, tikinti aparılsın. Fundamenti qurulmalı, bərkitmə işləri görülməlidir ki, davamlılıq olsun. Bal artdıqca bərkitmə işləri üçün xərclər də artır. Bu da tikinti aparanların üzərindədir. Tikinti zəlzələ təhlükəsinə uyğun aparılmalıdır".

Vüsalə Rafiqqızı Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı ocaqlara təsirinin olmadığını əlavə edib:

"Ərazi seysmikdirsə, nə vaxtsa zəlzələ ola bilər. Ərazilərdə enerji toplanmır. Xırda-xırda olur. Heç kəs dəqiq deyə bilməz. Amma Türkiyədəkinin buradakı ocaqlara heç bir təsiri yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8943   Tarix: 07 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr